
"Müharibəni dayandırın!
Təbliğata inanmayın!
Sizə yalan danışırlar!"
Rusiya televiziyasının "Birinci kanal"ında xəbərlər proqramı yayımlanan zaman qəflətən ictimai fəal qadın "Müharibəni dayandırın! Təbliğata inanmayın! Sizə yalan danışırlar! Rusiyalılar müharibəyə qarşıdır!" sözləri yazılan plakatla peyda olub.
Qadının özü efir zamanı "Müharibəni dayandırın! Müharibəyə yox deyirik! " sözlərini təkrarlayıb.
Rusiyanın SİTA dövlət agentliyi sonradan məlumat verib ki, "Birinci kanal" "birbaşa efir zamanı kənar kadrla bağlı insidenti" araşdırır.