
Kolumbiyanın cənub-qərbində, Cauca departamentinin Balboa qəsəbəsində körpü təmiri ilə məşğul olan əsgərlərə bombalı hücum edilib. Nəticədə 5 əsgər həlak olub, 6 nəfər yaralanıb.
AVESTA.AZ trt haber-ə istinadən xəbər verir ki, rəsmi şəxslər hücumu qınayaraq, bunun bölgənin sabitliyinə təhlükə yaratdığını bildiriblər. Hücumda FARC-ın çətir təşkilatı olan Estado Mayor Central (EMC) qrupunun Carlos Patino fraksiyasının əli olduğu ehtimal edilir.
EMC, FARC-ın sülh sazişinə qoşulmayan qanadı kimi tanınır və Kolumbiya, Venesuela və Ekvadorda fəaliyyət göstərir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.