14-03-2025, 18:48 376

Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı "Euronews" televiziyasına müsahibə verib.

BAKU.WS xəbər verir ki, dövlət başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb. İndi müsahibənin tam variantını təqdim edirik.

Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ci ildir ki keçirilir. Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

Prezident İlham Əliyev: Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər.

Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.

- Builki Forumun mövzusu "Dünya Düzəninin Yenidən Düşünülməsi"dir. Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir?

- Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.

İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.

-Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir?

- Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.

Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.

-Daha geniş regiona nəzər saldıqda burada Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələri görürük. Qlobal kollektiv yanaşma olaraq biz bu hadisələrdən nəyi öyrənərək irəliləyə bilərik?

- Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.

Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.

Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.

- Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?

- Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.

Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.

Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.

- Hesab edirəm ki, belə hadisələr bu cür müzakirələrin başlanılmasına səbəb olur. Bu, o geosiyasi arenanın mühüm bir hissədir, elə deyilmi?

- Əlbəttə. Çünki biz geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.

Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibidir. Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.

Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək.

- Siz artıq prezident Trampla danışmısınız və o Sizin fikirlərinizi bölüşürmü?

- Mən, sadəcə, onunla onu seçkilərdə qələbə münasibətilə təbrik etmək üçün danışmışam və bu da bizim aramızda baş vermiş yeganə söhbətdir.

- Hələ ki. Cənab Prezident Sizinlə danışmaq hər zaman çox xoşdur.

- Çox sağ olun. Sizə Bakıda xoş vaxt keçirməyi arzulayıram.

-Sağ olun. Sizi görmək xoş idi.

- Sağ olun.

Paylaş

Xəbər lenti

Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48 Zəfər Günü Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabranda da qeyd olunub Bu gün, 15:48 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir Bu gün, 15:48 Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx Bu gün, 15:48 Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb Bu gün, 15:48 Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Bu gün, 15:48 Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi Bu gün, 15:48 Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb Bu gün, 15:48 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48 Elçin Quliyev Zəfər Günü ilə bağlı DSX-nin şəxsi heyətini təbrik edib Bu gün, 14:48 Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib Bu gün, 14:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır Bu gün, 14:48 Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb Bu gün, 14:48 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq" Bu gün, 13:48 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar" Bu gün, 13:48 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" Bu gün, 13:48 Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! Bu gün, 13:48 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 13:48 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib Bu gün, 13:48 249 saylı bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib? Bu gün, 13:48 Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir Bu gün, 13:48 Emrah Azərbaycan xalqının Zəfər Gününü təbrik etdi Bu gün, 13:48 Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 13:48 Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək Bu gün, 12:48 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" Bu gün, 12:48 İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi Bu gün, 12:48 Zakir Həsənov və Kərim Vəliyevin qucağındakı əkizlərin kimliyi məlum olub Bu gün, 12:48 Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb Bu gün, 12:48 Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür Bu gün, 12:48 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir Bu gün, 12:48 Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub Bu gün, 12:48 "Haber Global" Ərdoğanın Qarabağa səfər proqramını açıqlayıb - Video Bu gün, 12:48 Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq Bu gün, 12:48 Prezident: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" Bu gün, 12:48 Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib Bu gün, 11:48 Pakistanın Baş naziri 8 Noyabrı Azərbaycan xalqının cəsarətinin tarixi sübutu hesab edir Bu gün, 11:48 8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü Bu gün, 11:48 Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət edib Bu gün, 11:48 Rəşad Nəbiyev: Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının təntənəsidir Bu gün, 11:48 Kasım-Jomart Tokayev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır" Bu gün, 11:48 Bakıda 166 saylı avtobus tüstülədi - Sərnişinlər yolda qaldı Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR