
"İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsinin təmin edilməsi təklif edilib".
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında deputat Musa Quliyev Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.
Deputat işləməyən şəxslərə də dəfn xərclərinin verilməsi məsələsinə baxılmasını təklif edib:
"Müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın". (Bizim.Media)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.