
ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona keçirmək istəyir.
AVESTA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, texnikanın daşınması Gürcüstan ərazisindən həyata keçiriləcək.
Bildirilib ki, daşınma iyulun 16-na planlaşdırılıb və avqustun 7-dək davam etməlidir. Almaniyaya qayıdış 2025-ci il avqustun 21-dən sentyabrın 20-dək nəzərdə tutulub.
"Ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla 151 texnikanın daşınması planlaşdırılır", - məlumatda deyilir.
Hərbi elmlər doktoru Konstantin Sivkovun fikrincə, Amerika qoşunlarının Ermənistandakı hərəkətləri ABŞ-nin Zaqafqaziyada təsirini artırmağa şərait yaradır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.