
Rusiya Bakıdakı "Rus Evi" ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdırıb və konstruktiv qarşılıqlı yanaşma gözləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Mövcud vəziyyətin həlli ilə bağlı (Bakıdakı Rus Evi ətrafında – Qeyd) təkliflərimiz tərəfdaşlarımıza çatdırılıb. Biz Azərbaycan tərəfinin konstruktiv yanaşmasına və hansısa kompromis həllin tezliklə əldə olunmasına ümid edirik", - deyə o, fikrini yekunlaşdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.