
Bakı şəhərinin Binəqədi rayonunda "Land Rover" və "Ford" markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.
AVESTA.AZ-in məlumatına görə, hadisə ötən gecə Biləcəri qəsəbəsində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunaraq, söndürülüb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.