
BMT-nin Baş katibi Antonio Quterreş dünya ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib.
AVESTA.AZ xəbər verir ki, təbrik baş katibin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
"Novruz yeni başlanğıcları, təbiətin dirçəlişini, ümidi və yazın gəlişini simvolizə edir. Münaqişələrin, parçalanmaların və çəkişmələrin yaşandığı dünyamızda Novruz ruhu qiymətli hədiyyədir. Qoy bu Novruz hamıya sülh, cansağlığı və xoşbəxtlik gətirsin", - deyə paylaşımda bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.