
"Yeşilçam" filmlərinin unudulmaz aktrisası Filiz Akın vəfat edib.
AVESTA.AZ xəbər verir ki, o 82 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi təsdiq edib.
Xatırladaq ki, aktrisa ötən ilin sentyabrından bədənində yaranan pnevmoniya və digər infeksiyalarla mübarizə aparırdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.