17-10-2022, 13:42 525

Qərbin anti-Rusiya sanksiyaları: Rusiyada iqtisadi durum necə dəyişib?

Səkkiz aya yaxındır ki, Rusiya iqtisadiyyatı maliyyə tarixində analoqu olmayan sanksiyaların təsiri altındadır. İran, Suriya, Şimali Koreya, Belarus və Venesuelaya qarşı toplam 10 mindən bir az çox sanksiya tətbiq olunubsa, təkcə Rusiyaya qarşı 12 minə yaxın məhdudiyyət qüvvədədir. Onların 75 %-i isə məhz 24 fevraldan (Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı tarix) sonra tətbiq olunub.

Həmin məhdudiyyətlərə Rusiyadan kömür idxalına, bu ölkənin neft sənayesi, aviasiya, dənizçilik və kosmonavtika sahələri üçün mal və texnologiyaların tədarükünə, onun enerji sektoruna yeni investisiya qoyuluşlarına qadağalar daxildir. Eyni zamanda Rusiyaya yarımkeçirici, kompüter, telekommunikasiya, informasiya təhlükəsizliyi avadanlığı, lazer və sensor ixracına qadağa qoyulub.

Ölkə faktiki olaraq qlobal maliyyə sistemindən təcrid olunub. Bu cür təzyiq altında istənilən halda hər hansı iqtisadi artımdan söhbət gedə bilməz. Buna baxmayaraq ölkə iqtisadiyyatının dinamikasının qiymətləndirilməsində müsbət impulslar qeydə alınır. Bunu həm Beynəlxalq Valyuta Fondu (IMF), həm də Dünya Bankının son proqnozlarında görmək olar. Belə ki, IMF-ə görə bu il Rusiya iqtisadiyyatı daha əvvəl gözlənildiyi kimi 6 % deyil 3,4 % azalacaq. Dünya Bankı isə Rusiya iqtisadiyyatının 4,5 % azalacağını deyir. Hərçənd ki, daha əvvəl bu göstəricinin 8,9 % olacağı gözlənilirdi.

Belə bir təsəvvür yaranır ki, sanki sanksiyalar Rusiya iqtisadiyyatını sarsıda bilməyib və təbliğat maşınında da dediyi kimi ziyandan daha çox xeyir gətirir. Lakin bu, əlbəttə ki, belə deyil. Proqnozların yaxşılaşdırılamasına bir sıra faktorlar təsir edib. Əvvəla neft qiymətlərinin rekord həddə olması Rusiyaya yüksək ixrac gəlirləri gətirir. ABŞ və Böyük Britaniya Rusiyadan neft alışını dayandırsa da həmin həcmlərin bir həssəsini Çinə, Hindistana və Türkiyəyə yönləndirmək mümkün olub. Ən əsası isə əsas tədarük bazarı olan Avropa İttifaqı hələ də Rusiyadan neft almaqda davam edir. Çünki Aİ-nin Rusiya neftinə qarşı embarqosu hələ 5 dekabrda qüvvəyə minəcək. Digər tərəfdən müharibənin ilk günlərində kəskin dəyər itirən Rusiya rublu hökümətin valyuta əməliyyatlarına tətbiq etdiyi sərt məhdudiyyətlər fonunda öncə sabitləşdi, daha sonra isə müharibədən əvvəlki səviyyədə qərarlaşdı. Nəticədə inflyasiya proqnozlaşdırılandan aşağı həddə oldu. Bu da əhalinin real gəlirlərinin azalma tempinə birbaşa təsir etdi. Lakin qısa zaman sonra vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək.

Aİ-nin Rusiya neftinə qarşı embarqosu işə düşəndən sonra əsas tədarük bazarı əldən çıxacaq. Fevraldan bu bazar neft məhsullarının da üzünə bağlanacaq. Bu, Rusiya üçün böyük zərbə olacaq. Çünki həmin həcmlərin Şərqə yönləndirməsi əvvəla vaxt alacaq. Digər tərəfdən isə həmin istiqamətdə olan logistik kanallar azad olan həcmləri tam şəkildə qəbul etmək iqtidarında olmayacaq. Eyni zamanda ABŞ və onun müttəfiqləri Rusiya nefti üçün yuxarı qiymət həddinin təyin olunması üzərində iş aparır. ABŞ-ın maliyyə naziri Canet Yellen yuxarı həddin 60 ABŞ dollarında olmasını təklif edir. Hesab edilir ki, bu məbləğ Rusiyanın nefti mənfəətlə hasil etməsi və satması üçün yetərlidir. Bu məhdudiyyətlər reallaşacağı təqdirdə Rusiyanın neft ixracından yüksək gəlir götürmək kimi üstünlüyü əldən çıxacaq. O ki, qaldı möhkəm rubla burada da vəziyyət birmənalı deyil. Onun möhkəmlənməsi tələb və təkliflə deyil inzibati məhdudiyyət tədbirləri nəticəsində süni yolla dollara tələbin aşağı salınması ilə bağlıdır. Məqsəd sosial partlayış doğura biləcək kəskin bahalaşmanı önləmək və inflyasiyanı nəzarətə almaq idi ki, buna da nail olunub.

Dolların rubl qarşısında zəifləməsindən ən böyük zərbəni bir tərəfdən ixracatçılar digər tərəfdən isə yerli istehsalçılar alır. Belə ki, ixracatçılar valyuta gəlirlərini mübadilə edərkən daha az rubl alırlar. Bu isə bəzi hallarda heç xərcləri belə ödəməyə yetərli olmur. Digər tərəfdən bu cür məzənnə yüksək istehlak idxalını stimullaşdırır, daxili istehsalı isə sıradan çıxarır. Çünki idxal məhsullarının qiymətlərinin çox ucuz olması daxili istehsalı rentabelsiz edir. Yəni bu gün möhkəm rubl özü Rusiya iqtisadiyyatı üçün əlavə problemə çevrilib. Həmin mənfi təsirləri daha da dərinləşdirən digər faktor idxalın strukturundakı dəyişikliklərdir. Daha əvvəl idxalın 49 %-ni maşın, avadanlıq və texnologiyalar təşkil edirdi. İndi Rusiya 2021-ci ildə əsas (cəmi xarici ticarət dövriyyənin 36 %-i) ticarət tərəfdaşı olan Aİ-nin və ümumiyyətlə qərbin aparıcı istehsalçılarının yüksək texnoloji məhsullarını, həmçinin sənaye avadanlıqlarını, təyyarə və digər nəqliyyat vasitələrini tədarük edə bilmir. Bunların yerini tez bir zamanda yeni tədarükçülər hesabına doldurmaq isə mümkün deyil. Nəticədə bu ilin fevralından Rusiyanın idxalı təxminən 30 % azalıb.

İşgüzar nüfuzu yerlə bir olan Rusiyanın bundan sonra itirəcəyi bir şey olmadığına görə vəziyyətdən çıxış yolu kimi paralel idxala əl atılıb. Bəs paralel idxal nədir? Bu günə kimi xarici istehsalçı şirkətlər öz məhsullarını Rusiyadakı rəsmi distribyutora satırdılar. Oradan isə texnika və məhsullar iri mağazalara göndərilirdi. Bundan sonra isə pərakəndə satıcılar malları Rusiyadan deyil xaricdəki kiçik şirkətlərdən alacaqlar. Paralel idxalla əhatə olunan məhsullara avtomobillər (BMW, Toyota, Audi və s.), elektronika (Apple, Samsung, Intel və s.), onlar üçün komponentlər və müxtəlif sahələr üçün avadanlıqlar daxildir. Lakin hətta bu sxem belə əvvəlki həcmlərdə tədarükü bərpa etməyə imkan verməyəcək. Çünki böyük həcmlərdə məhsul almaq mümkün olmayacaq. Bir məqamı da yaddan çıxarmamaq lazımdır. Sanksiyaları tətbiq edənlər həm də Rusiyanı texnoloji cəhətdən geri salmaq məqsədi güdürlər. Ona görə də həmin məhdudiyyətlərdən yan keçməyə yönəlik istənilən addımların qarşısı alınır. Budan sonra sanksiyalardan yan keçməyə çalışanlar cəzalandırılacaq. Bu, Aİ-nin sonuncu 8-ci sanksiyalar paketində öz əksini tapıb. İndi ayrı-ayrı vətəndaşlar, şirkətlər və strukturlar Rusiyaya idxalına qadağa qoyulmuş malların tədarükünə görə özləri sanksiyalara məruz qalacaqlar.

Yüksək texnologiyaların idxalının kəskin azalması istehsalda ciddi problemlərin yaranmasına gətirib çıxarıb. Sənaye istehsalında müşahidə edilən azalma iyulda da davam edib. Ən acınacaqlı vəziyyət avtomobil sənayesindədir. Çinin “Haval” şirkətindən başqa bütün xarici şirkətlər Rusiyadakı zavodlarını bağlayıblar. Hətta “AvtoVaz” belə xarici komponentlərin yoxluğu şəraitində davamlı istehsal prosesini təşkil edə bilmir. İyulda bütün model xəttini bərpa edəcəyini deyən istehsalçı nəticədə ancaq “Lada Granta” və “Lada Niva”nın ən primitiv (ABS-sız və təhlükəsizlik yastıqlarsız) komplektasiyada buraxılışına nail ola bilib. Digər yerli istehsalçı “UAZ”ın durumu daha da acınacaqlıdır. Sən demə ən populyar modellərdən olan “UAZ Patriot” kritik dərəcədə xarici hissələrdən asılı imiş. Vəziyyət bu cür davam etsə yerli avtomobillər həm texnoloji həm də texniki cəhətdən deqradasiyaya uğrayacaq. Yəni qısa zaman ərzində Asiyadakı tədarükçülər Rusiya bazarından daxili istehsalçıları sıxışdırıb çıxaracaqlar. Bu da milli avtomobil sənayesinin sonu olacaq. Oxşar proseslər sənayenin digər sektorlarında da cərəyan edir.

Rusiyada qismən səfərbərliyin elan edilməsi vəziyyətin pisə doğru gedəcəyi perspektivlərini daha da artırıb. Əvvəla yüz minlərlə insan səfərbərlikdən qaçaraq ölkəni tərk edib. Bunlar əsasən yüksək ixtisaslı kadrlar, o cümlədən informasiya texnologiyaları sahəsində çalışanlardır. İkincisi Rusiya sənayesi faktiki olaraq müharibə relslərinə keçirilir. Yəni prioritet avtomobil və traktor istehsalına deyil tank, təyyarə, top, raket və mərmi istehsalına veriləcək. Çünki döyüş meydanındakı məğlubiyyətlə yanaşı Rusiya ordusunda qeyd edilənlərin kəskin çatışmazlığı var. Bəzi sanksiyalar artıq indi, digərləri isə bir müddət sonra öz mənfi təsirlərini göstərəcək. Yəni Rusiya iqtisadiyyatı istənilən halda sanksiyalardan əhəmiyyətli dərəcədə təsirlənib və zamanla bu proses daha da dərinləşəcək.

Paylaş

Xəbər lenti

Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Dünən, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Dünən, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR