
Laçın rayonundan olan tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində baş verib.
Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magist tələbəsi idi.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.