
Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayonunun Xətai kəndi ərazisində "Mercedes" markalı avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Mamayev Elin Kamal oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.