
Mingəçevirdə 2 uşaq anası ehtiyatsızlıqdan sirkə içib, vəziyyəti ağırdır.
AVESTA.AZ Trend-ə istinadən xəbər verir ki, Mingəçevir şəhəri 5 saylı dəmir beton zavodunda məskunlaşan, əslən Kəlbəcər rayonundan olan 2001-ci il təvəllüdlü Quliyeva Zərnişan Rizvan qızı gecə 23 radələrində ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.
Ailə üzvləri Z. Quliyevanı Mingəçevir şəhər xəstəxanasına çatdırıb. Xəstəxananın Acil şöbəsinə yerləşdirilən qadına ilkin tibbi yardım göstərilib. Lakin həkimlər onun hazırda vəziyyəti ağır qiymətləndirir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma başlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.