31-03-2025, 21:48 540

İcma:

"Biz Qərbi Azərbaycan İcması (QAİ) olaraq Almaniya Federativ Respublikasına məxsus, "Alman Dalğası" ("Döyçe Velle") ictimai yayımçı qurumu tərəfindən 30 mart 2025-ci ildə efirə verilmiş "Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi" adlı verilişi qətiyyətlə pisləyirik. Bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur".

AVESTA.AZ xəbər verir ki, bu barədə QAİ-nin Almaniyanın "Döyçe Velle" (Deutsche Welle) platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi ilə bağlı yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, veriliş Azərbaycan xalqının əzablarını tamamilə gözardı edərək, tarixi faktları təhrif edir: "Keçmiş münaqişə ilə bağlı tarixçəsi tam şəkildə radikal erməni millətçilərinin narrativinə uyğun verilib.

Verilişdə Ermənistandan azərbaycanlıların tamamilə etnik təmizləməyə məruz qalması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, oradan 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından didərgin salması, 1000-ə yaxın Azərbaycan şəhər və kəndinin viran qoyması, ölkəmizin ərazilərinin böyük bir hissəsini minalarla çirkləndirməsi və 150 milyard ABŞ dollarından çox ziyan vurması faktları gözardı edilir. Keçmiş münaqişə zamanı 20 mindən artıq azərbaycanlının qətlə yetirilməsi, 4000 nəfərin hələ də itkin düşməsi və Ermənistanın öz ərazisindən zorla çıxardığı yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan verməməsi kimi mühüm məqamlar da görməzdən gəlinir. Bu, jurnalistikanın obyektivlik və həqiqət prinsipinin açıq-aşkar pozulmasıdır.

Bildirilib ki, verilişin tonu dini təəssübkeşliyə söykənir və azərbaycanlılara qarşı qərəzli bir yanaşma sərgiləyir: "Xüsusilə ikrah doğuran hal odur ki, azərbaycanlı qaçqınların görüntüləri ermənilər kimi təqdim olunaraq izləyicilər aldadılır. Bu cür manipulyasiya yalnız dezinformasiyanı yaymaqla kifayətlənmir, həm də ermənilər və azərbaycanlılar arasında sülhə əngəl törətməyə xidmət edir. Hesab edirik ki, bəzi Avropa kütləvi informasiya vasitələrində davamlı şəkildə yol verilən bu hallar Azərbaycan xalqının heysiyyatına toxunmaq üçün qəsdən edilir. Xatırladaq ki, bundan əvvəl fransız-alman "Arte" ictimai yayımçısı da eyni şəkildə azərbaycanlı qaçqınların görüntülərini ermənilər kimi təqdim etmişdi.

Biz Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, "Döyçe Velle"nin bu verilişi təkcə jurnalistika etikasını ayaqlar altına almır, həm də regionda sülh və barışıq səylərini zədələyərək, sülhə mane olmaq məqsədi daşıyır. Beynəlxalq miqyasda fəaliyyət göstərən media qurumunun ondan gözlənilən obyektivlik və məsuliyyət əvəzinə, bu cür birtərəfli və təhrif edilmiş yanaşma sərgiləməsi qəbuledilməzdir. "Döyçe Velle" nifrət və irqi ayrı-seçkilik xarakterli bu verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir".

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR