
Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərindən biri götürülüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə şəhid Qurban Göyüşovun qardaşı Zahir Göyüşov məlumat verilib.
Onun sözlərinə görə, qalıqları kənd sakinləri aşkarlayıb, daha sonra aidiyyəti qurumlar bu barədə məlumatlandırılıb:
"Ötən gün mənim də iştirakımla qardaşıma aid edildiyi ehtimal edilən qalıqlar prokurorluq tərəfindən götürüldü və ekspertizaya təhvil verildi".
***11:00
Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.
Bildirilib ki, qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb.
Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.