5-04-2025, 11:48 362

Berlin Bakıya təşəkkür edir -

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya rəsmi səfəri mövcud beynəlxalq şərtlər daxilində bir daha Bakının artan nüfuzundan, Avropa üçün mühüm strateji əhəmiyyətindən xəbər verir. Enerji təhlükəsizliyi və alternativ nəqliyyat marşrutları baxımından Azərbaycan Qərb üçün əhəmiyyətli açar dövlət rolunu oynayır.

Müstəqillik tarixində ilk dəfə olaraq Avropa İttifaqının ən böyük dövlətlərindən olan Almaniyanın prezidenti Azərbaycana rəsmi səfər edib. Bu səfər mövcud beynəlxalq şərtlər daxilində bir daha Bakının artan nüfuzundan, Avropa üçün mühüm strateji əhəmiyyətindən xəbər verir. Xüsusilə enerji təhlükəsizliyi və alternativ nəqliyyat marşrutları baxımından Azərbaycan Qərb üçün çox əhəmiyyətli açar dövlət rolunu oynayır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə keçirilən görüşlərdə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir.

AVESTA.AZ "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Ticarət dövriyyəsi şaxələndirilməlidir"

Qeyd edək ki, Frank-Valter Ştaynmayer Azərbaycana aprelin 2-də gəlib. Prezident İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşləri olub. Tərəflər qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı müzakirələr aparıblar. Mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev bu səfərin qarşılıqlı əlaqələrə yeni müsbət təkan verəcəyinə əminliyini ifadə edib: "İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq".

"Yeni ev tapşırıqlarımız var"

Prezident Frank-Valter Ştaynmayer isə qeyd edib ki, azərbaycanlı həmkarı ilə strateji mövzularda da müzakirə aparıblar: "2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik. Çünki o, hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var".

"Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir"

Almaniya prezidenti Azərbaycanın tranzit rolunun əhəmiyyətini xüsusi qeyd edib: "Öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq".

Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə...

Dövlət başçılarının müzakirələrində əsas diqqət yetirilən məqamlardan biri Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları olub. Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən bir daha rəsmi Bakının sülh ilə bağlı şərtlərini bəyan edib. Onun sözlərinə görə, bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib: "Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib - BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir?"

Prezident əlavə edib ki, ikinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır: "Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir".

"Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir"

Məsələ ilə bağlı Almaniya prezidentinin də mövqeyi maraqlıdır. O, Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə tam dəstək nümayiş etdirdiyini bildirib: "Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir". Frank-Valter Ştaynmayer qeyd edib ki, bu cür münaqişənin həlli, eləcə də tərəflər arasında qarşılıqlı etimadın bərpası üçün xeyli vaxt və səy tələb olunur: "Hazırkı dövrdə razılığı əldə etmək çox böyük işdir. Ümidvaram ki, həmin müqaviləyə əlavə olaraq cənab Prezident Əliyevin indicə qeyd etdiyi şərtlər üzərində də razılaşma olacaq".

Beləliklə, bu həftə baş tutan Bakı-Berlin müzakirələri mövcud beynəlxalq konyunkturada ölkəmizin həm Avropa, həm də bölgəmiz üçün mühüm əhəmiyyət daşıyan məsələlərlə bağlı mövqeyinin qarşı tərəfə çatdırılmasında xüsusi əhəmiyyət daşıyır. Bu səfər həm də Bakı-Brüssel əməkdaşlığının yeni istiqamətlərini də müəyyənləşdirəcək.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR