
Bakıda sağlamlıq problemi olan şəxs avtomobillərin qarşısını kəsməyə cəhd edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə Nəsimi rayonu, "28 May" metrostansiyası yaxınlığında qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli AVESTA.AZ-ə bildirib ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq sağlamlıq vəziyyəti nəzərə alınmaqla aidiyyəti üzrə ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinin təmin olunması üçün tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.