18-10-2022, 12:51 709

Apteklər müştəriyə ƏDV çekini verməkdən imtina edə bilərmi?

Bakıda fəaliyyət göstərən bəzi apteklər müştəriyə ƏDV-nin bir hessəsini geri qaytarılması üçün tələb olunan kassa çekini verməkdən boyun qaçırır. Müştəri çeki tələb etdikdə isə aptekdəki satıcılar müxtəlif səbəblərlə özlərini haqlı çıxarmağa çalışır.

Vergi məsələləri üzrə ekspert Anar Bayramov “AVESTA.AZ”a açıqlamasında qeyd edib ki, ƏDV ödəyicisi olan bir aptekin müştəriyə ƏDV çekini verməməsi qanuna ziddir.

Demək olar bütün apteklər ƏDV ödəyicisidir

A. Bayramov xatırladıb ki, apteklər lisenziyalı fəaliyyətlə məşğul olduqlarına görə, sadələşmiş vergi ödəyicisi ola bilməzlər: "Amma ƏDV ödəyicisi olmağa da məcbur deyillər. Aptekin illik dövriyəsi 200 min manatdan aşağıdırsa, o, ƏDV ödəyicisi olmaya bilər. Bu zaman o, yalnız mənfəət vergisi ödəməlidir. Amma təcrübə göstərir ki, Bakıda heç bir aptekin aylıq dövriyəsi 16 min manatdan aşağı deyil. Bunu əsas gətirərərk demək olar ki, paytaxtdakı apteklərin böyük əksəriyyəti ƏDV ödəyicisidir. Bəzi apteklər müştəriyə özlərinin daxili proqram təminatından istifadə edərək çek verə bilər ki, bu da qanuna ziddir. Böyük prestijli apteklər adətən müştəriyə ƏDV çekini təqdim edirlər".

Bəzi apteklər vergidən yayınır

Ekspert bildirir ki, bəzi apteklər öz mallarını rəsmi qaydada mədaxil etmirlər. Bu, topdan satıcılarının günahı deyil.

"Əvvəllər aptek sahibləri şikayət edirdi ki, topdan mal satanlar bizə sənəd vermir. İndi isə belə şikayət yoxdur və topdan satış edənlərin hamısı apteklərə sənəd verir. Hətta topdan satıcılar şikayət edir ki, alıcılar bizdən malı sənədlə istəmir. Əslində apteklərin hamısında kassa aparatı və POS-terminal var. Sadəcə onlar əməliyyatlarının çox az hissəsini rəsmi olaraq göstərirlər. Bəzi apteklər dövriyyələrini 200 min manatdan aşağı göstərirlər ki, ƏDV ödəyicisi qeydiyyatından yayınsınlar. “ƏDV geri al” layihəsinə ancaq o satıcılar qoşulur ki, onlar ƏDV ödəyicisi kimi qeydiyyatdan keçir və mallarını vətəndaşlara təqdim edəndə məhsulun qiymətinin üzərinə ƏDV gəlirlər. Həmin apteklərin təqdim etdiyi çeklərlə vətəndaşlar ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilərlər", - deyə A. Bayramov vurğulayıb.

Bir aptek bir neçə VÖEN-dən istifadə edir

O, hesab edir ki, apteklər bir neçə yolla ƏDV ödəyicisi olmaqdan yayınırlar: "Sahibkar bir obyektdə olan biznesini iki- üç hissəyə ayırır, yəni iki, üç VÖEN açır ki, illik dövriyəsini 200 min manatdan aşağı saxlasın. Kassa aparatına 200 min manatdan çox məbləğ vurularsa, vergi orqanı bunu görür və həmin şəxsi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyə məcbur edir. Apteklərin həmin limiti keçməmək üçün bir neçə kassa aparatı olur. Həmin kassa aparatları isə fərqli şəxslərin adına alınır. Aptek sahibi başqa bir adamın adına VÖEN açdırır, onun üçün icarəyə beş-on kvadarat metrlik yer götürür ki, obyekti uçota alsınlar və həmin obyektə kassa aparatı və POS-terminal quraşdırsınlar. Əslində isə həmin kassa aparatı və POS-terminalı digər obyektdə, yəni fəaliyyətdə olan aptekdə istifadə edirlər. Hansı VÖEN üzrə dövriyə qalxsa, həmin VÖEN-lə alınmış kassa aparatından istifadəni saxlayır və başqa bir VÖEN-ə bağlı olan kassa aparatını vətəndaşlara göstərirlər”.

İstehlakçıya qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verilməlidir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "AVESTA.AZ"a bildirilib ki, ƏDV çekini təqdim etməkdən boyun qaçıran satıcıya qanunla cərimə tətbiq edilir:

"Vergi qanunvericiliyinə əsasən, pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən hallarda təqdim edilən mala görə alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir".

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, alıcıya təqdim edilməli olan çekin, verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq olunur. Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hüquqları pozulan istehlakçılar Dövlət Xidmətinə müraciət etsin

Vergi Xidməti bildirir ki, belə halları müşahidə edən alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin saytının “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, 195-1 Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər. Qeyd edilən hallar Vergi Məcəlləsinin 16-cı və 24-cü maddələri və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu ilə tənzimlənir.

"Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur", - Xidmətdən bildirilib.

ƏDV çeki yeni nəsil kassa aparatlarından verilməlidir

Vergi Xidməti vurğulayır ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır: "Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür".

Xatırladaq ki, 2020-ci ilin may ayından Azərbaycanda pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq edilir. Bu mexanizm çərçivəsində nağdsız ödənişlər zamanı ödənilən ƏDV-nin 15 %-i, nağd ödənişlər zamanı ödənilən ƏDV-nin isə 10 %-i istehlakçıya geri qaytarılır.

Paylaş

Xəbər lenti

Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR