9-04-2025, 11:48 317

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" "28 May" stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni, "Dərnəgül" - "Həzi Aslanov" xətti yalnız "Nizami" stansiyasına qədər fəaliyyət göstərəcək.

Həmçinin "Həzi Aslanov" - "İçərişəhər" xətləri üzrə qatarlar "28 May" stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında birləşdirici tunelin inşasıdır. 

AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, rəsmi məlumatın yayılması sosial şəbəkədə böyük müzakirə və narahatlıqlara səbəb olub. İddia olunur ki, təmir işləri təxminən 6 ay sürəcək. Paytaxtın ictimai nəqliyyat yükünün böyük hissəsini təşkil edən Bakı metrosunda aparıcı stansiyalardan birinin uzun müddət işləməməsi isə onsuz da iflic vəziyyətdə olan yerüstü nəqliyyatın tamamilə yararsız hala düşməsi deməkdir. Məsələn, metronun "Əcəmi" stansiyasından "Nərimanov"a getmək istəyən sərnişin bunun üçün "Nizami" stansiyasına getməli, yolunun qalan hissəsini isə bir və ya bir neçə marşrut avtobusu ilə davam etdirməlidir. 

Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların "Dərnəgül" stansiyasından "Şah İsmayıl Xətai" stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün "Cəfər Cabbarlı" stansiyasından istifadə etməli olacaqlar. "Həzi Aslanov" - "İçərişəhər" xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.

Məsələ ilə bağlı daha detallı məlumat almaq üçün "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, təmir işlərinə bu ilin son aylarında başlanılacaq: "28 May" stansiyasından qatarların "Dərnəgül" stansiyası istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı" –"Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub. 

Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək".

Göründüyü kimi, qurum dəqiq tarix açıqlamasa da, sorğudan təmirin ilin sonuna doğru - oktyabr, noyabr və ya dekabr aylarında başlayacağını deyə bilərik.

Qeyd edək ki, metrodan istifadə edən sərnişinlərin sayı il-ildən artır. Belə ki, statistikaya görə, ötən il ərzində 229 584 259 sərnişin yeraltı nəqliyyatdan istifadə edib. Əvvəlki 2 illə müqayisədə sərnişin sayında 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub. 

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR