
Rusiyaya məxsus hava yolu şirkətinə aid Airbus A321 tipli təyyarədə naviqasiya sistemində nasazlıq baş verib. Hadisə 7 aprel tarixində Moskvadan Kalininqrada uçuş zamanı qeydə alınıb.
BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, Təyyarə Kalininqradın Xrabrovo hava limanına enişə hazırlaşarkən peyk naviqasiya siqnalı kəsilib. Naviqasiya sistemindəki nasazlığa baxmayaraq, ekipaj uçuşu davam etdirib və təyyarə uğurla eniş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.