10-04-2025, 16:48 326

Buraxılış imtahanının nəticələri elan olunub.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.

Bu imtahanda iştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14‑16 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Qeyd: 9 mart 2025-ci ildə keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftənin sonunadək elan olunması nəzərdə tutulur.

Paylaş

Xəbər lenti

İran Hörmüzdən hansı gəmilərin və necə keçə biləcəyini AÇIQLADI Bu gün, 20:48 Prezidentin köməkçisi: "Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir" Bu gün, 20:48 Hikmət Hacıyev: Ermənistanın Konstitusiyasında ərazi iddialarına son qoyulduqdan sonra sülh sazişini imzalana bilər Bu gün, 20:48 Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub Bu gün, 20:48 Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir Bu gün, 20:48 Sakinlər təngə gəliblər: "Taxılımız yanır, su vermirlər" Bu gün, 20:48 Aİ Bakı və İrəvan arasındakı sülh prosesinə daha çox cəlb olunmağa can atır Bu gün, 19:48 Narkotikin təsiri altında Bakıda təcili yardım maşınını sürən şəxs HƏBS EDİLDİ Bu gün, 19:48 "Brent" markalı neft 10 dollar ucuzlaşıb Bu gün, 19:48 92 nömrəli marşrutun avtobusları yenilənir Bu gün, 19:48 Jorjoliani: Gürcüstan Azərbaycan və Ermənistan arasında ticarətin inkişafına kömək edəcək Bu gün, 19:48 Tramp: İran artıq Hörmüzdən "dünyaya qarşı silah" kimi istifadə edə bilməyəcək Bu gün, 19:48 Akif Çağatay Kılıç: Biz Türkiyəni bu regiona məsuliyyət daşıyan aktor kimi görürük Bu gün, 19:48 Paytaxtın hansı küçələrində sıxlıq var? - 17.04.2026 Bu gün, 18:48 IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir Bu gün, 18:48 Ərdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır" Bu gün, 18:48 Beyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı, müəssisə bağlandı Bu gün, 18:48 Ərdoğan: Dünya hansı istiqamətdə gedəcəyi ilə bağlı böhranla üzbəüzdür Bu gün, 17:48 Ərdoğan: Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı addım-addım irəli aparırıq Bu gün, 17:48 Üç qardaş ölkənin rəhbərləri Antalyada bir araya gəldilər Bu gün, 17:48 Məktəblərdə silahlı hücumlar niyə artır, uşaqlar nəyi demək istəyirlər? Bu gün, 17:48 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib Bu gün, 17:48 Əraqçi Hörmüz boğazının açıldığını bildirib Bu gün, 17:48 Avropa çempionatı: Hidayət Heydərov gümüş medal qazandı Bu gün, 17:48 11 illik buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 17:48 Ermənistan və Türkiyə XİN rəhbərləri müavinləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər Bu gün, 17:48 FHN Bakıda yaşayış binasında təlim keçirib Bu gün, 17:48 ABŞ-də keçmiş vitse-qubernator həyat yoldaşını öldürüb, sonra intihar edib Bu gün, 16:49 Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarı olub Bu gün, 16:49 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir Bu gün, 16:48 Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi Bu gün, 16:48 Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama Bu gün, 16:48 "Haber Global"da İlham Əliyevin Antalya Diplomatiya Forumundakı görüşləri barədə süjet yayımlandı Bu gün, 16:48 Prezident İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb Bu gün, 16:48 XƏBƏRDARLIQ! - 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən... Bu gün, 16:48 MN: "Anadolu Ankası - 2026" beynəlxalq təlimi uğurla başa çatıb Bu gün, 16:48 Ermənistan və Azərbaycan parlament sədrləri təmasların davamı barədə razılaşıblar Bu gün, 15:48 Kobud qayda pozuntularına yol verən sürücü cəzalandırıldı Bu gün, 15:48 "Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır Bu gün, 15:48 Alen Simonyan: "Azərbaycanla ticarəti daha da genişləndirməliyik" Bu gün, 15:48 Xırdalanda yaşayış kompleksində YANĞIN BAŞLAYIB Bu gün, 15:48 Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə YENİ İXTİSAS YARADILDI Bu gün, 15:48 Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Dəyişkən gəlirdə şəxsi büdcə necə planlanmalıdır? – maliyyə mütəxəssislərindən izah Bu gün, 15:48 Piyada olmağın peşmanlıq gətirdiyi yerlər: Səkilər niyə "işğal" altındadır? Bu gün, 15:48 ABŞ-də ICE rəhbəri istefa verdi – səbəblər açıqlanmayıb Bu gün, 15:48 Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDU Bu gün, 15:48 Binəqədidə dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ADLAR Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR