
220 nömrəli məktəb-liseydə intihara cəhd hadisəsi baş verib.
BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, həmin məktəbin 8-ci sinif şagirdi Məlikzadə Rəsul bu gün səhər saatlarında, dərs zamanı özünü pəncərədən atıb.
Şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb.
Rəsul Məlikzadə ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq, xəstəxanaya göndərilib.
Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.