15-04-2025, 14:48 520

Məmməd Musayev

Bu gün "Aqrarkredit" QSC-nin Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib, İdarə Heyətinin yeni tərkibi təsdiq edilib

BAKU.WS xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub. 

Qeyd olunub ki, "Aqrarkredit"in Nizamnaməsinə əsasən İdarə Heyətinin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.

S.Babayev səlahiyyət müddətləri başa çatan İdarə heyətinin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib.

Nazir ötən müddət ərzində "Aqrarkredit" QSC-nin dayanıqlı, mənfəətli maliyyə kredit institutu kimi ölkənin aqrar sektoruna bank xidməti göstərdiyini, eyni zamanda "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin problemli aktivlərinin idarəedilməsi və optimallaşdırılması, ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.

S.Babayev İdarə Heyətinin yeni üzvlərini təbrik edərək onlara uğurlar arzulayıb, "Aqrarkredit" QSC-nin öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq, regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi, kənd yerlərində fəaliyyət göstərən sahibkarlara kreditlərin verilməsi, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulları tətbiq etməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqın rifahının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının gücləndirilməsinə yönəldilmiş məqsədyönlü siyasətinə bundan sonra da mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Aqrarkredit" Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli 65s nömrəli Sərəncamı ilə yaradılıb və Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir.

"Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2009-cu il tarixli 144 №-li Fərmanı ilə Maliyyə Nazirliyi "Aqrarkredit" QSC-nin Səhmdarı olaraq çıxış edir. "Aqrarkredit" QSC-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.

Paylaş

Xəbər lenti

Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi Bu gün, 13:48 Ramina Saadatkhanın əsəri "Cadillac"ın Azərbaycan Qran-Prisi posterində Bu gün, 13:48 İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 "Yeraltı"nın aktrisası özünə 8 milyonluq cip aldı Bu gün, 13:48 İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO Bu gün, 13:48 Kenan İmirzalıoğlu ilə Bergüzar Korelin serialı FİNAL EDİR Bu gün, 13:48 Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim" Bu gün, 13:48 AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir Bu gün, 13:48 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA Bu gün, 12:48 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq Bu gün, 12:48 Bakıda 51 min manatlıq oğurluq olub Bu gün, 12:48 Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim Bu gün, 12:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib Bu gün, 12:48 Naomi Kempbell Bakıda Bu gün, 12:48 Kriştiano Ronaldo: "Məni öldürmək istəyənlər var" Bu gün, 12:48 Motosiklet sürücülərinə qarşı REYD: 22 nəfər saxlanıldı Bu gün, 12:48 Türkiyədə 5,4 ballıq zəlzələ olub, yollarda çat əmələ gəlib Bu gün, 12:48 "Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb Bu gün, 11:48 Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 11:48 "Sabah"ın Çempionlar Liqasındakı oyunlarına 100 mindən çox bilet SATILDI Bu gün, 11:48 "Formula -1" "Sea Breeze"də keçirilə bilər Bu gün, 11:48 Almaz Ələsgərova: "Müğənniyə pis söz yazıb, təhqir edirlər, bunu özü qazanıb" Bu gün, 11:48 FHN Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48 Psixoloq Ciqanın silahlı insidenti ilə bağlı iddia irəli sürdü Bu gün, 11:48 Ukrayna bu səbəbdən təxminən 4,5 milyard dollar itirib Bu gün, 11:48 "Azeri Light"ın qiyməti 121 dolları ötdü – bahalaşdı Bu gün, 10:49 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Bu gün, 10:49 IV Bakı Təhlükəsizlik Forumu keçirilib Bu gün, 10:49 "Formula 2": Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb Bu gün, 10:49 Formula 1-lə bağlı metronun iş SAATI DƏYİŞİR Bu gün, 10:48 Rəqsanə İsmayılovaya ağır itki üz verdi Bu gün, 10:48 Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıdıb Bu gün, 10:48 Aktyordan "Kurtlar Vadisi" etirafı: "Biz bir şey izləyirdik, 3 gün sonra reallaşırdı" Bu gün, 10:48 Bakıda Formula 1 həyəcanı başlayır: Qran-prinin ilk günündə 5 yürüş keçiriləcək Bu gün, 09:48 Bakıda hazırda bu yollarda sıxlıq var Bu gün, 09:48 Bakının iki rayonunda işıqlar sönəcək – SAATLAR AÇIQLANDI Bu gün, 09:48 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunub Bu gün, 09:48 Bakının bu qəsəbəsində qaz kəsiləcək Bu gün, 09:48 Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək Bu gün, 09:48 Nuri Əhmədov vəfat etdi Bu gün, 09:48 Laçında dağlıq ərazidə yanğın olub Bu gün, 09:48 Süni intellekt hökumət sisteminə icazəsiz daxil oldu Bu gün, 09:48 Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı Bu gün, 00:48 "Haber Global"ın 8 yaşı tamam olur Bu gün, 00:48 Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat Dünən, 23:48 Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar mərkəzini ziyarət edib Dünən, 23:48 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI Dünən, 23:48 Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR