
Ukrayna Ali Radası 9 may tarixindən etibarən ölkədə hərbi vəziyyətin 90 gün müddətinə uzadılmasına səs verib.
Bu barədə deputat Yaroslav Jeleznyak özünün teleqram kanalında məlumat verib.
"Bu çağırış dövründə parlament 15-ci dəfədir ki, hərbi vəziyyətin uzadılmasını təsdiqləyib",- deyə o bildirib.
Qeyd olunub ki, Ukraynada hərbi vəziyyət 6 avqusta qədər uzadılıb.
15 aprel tarixində Ukrayna Prezidenti Volodimir Zelenski parlamentə ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılması ilə bağlı qanun layihələri təqdim edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.