
Ağsu rayonunda baş verən sel fəlakəti zamanı Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolu layihəsində çalışan podratçı şirkətin sahə rəisi Pərviz Ayətullayev faciəvi şəkildə həyatını itirib.
AVESTA.AZ xəbər verir ki, sel ekskavatoru apararkən, Pərviz Ayətullayev işçiləri xilas etməyə çalışıb. Təəssüf ki, o, həyatını təhlükəyə ataraq göstərdiyi qəhrəmanlıq nəticəsində həlak olub.
Hadisə anına aid yeni görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.