
Xızı rayonunda yerləşən Mikayıl Müşfiqin ev muzeyinə aparan yeganə körpünü güclü sel suları aparıb.
AVESTA.AZ-in "qaynar xətt"inə daxil olan məlumata görə, yağışlardan sonra körpü tam yararsız hala düşüb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı sektoru üzrə nümayəndəsi Mönsün Bağırov da faktı təsdiqləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.