18-04-2025, 09:48 229

18 Aprel - Beynəlxalq Abidələrin Mühafizəsi Günüdür

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. 

Əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Yeri gəlmişkən qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda "Açıq qapı" günü elan edilib.

Belə ki, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq, "Basqal" Dövlət Tarix-Mədəniyyət, "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, "Lahıc" Dövlət Tarix-Mədəniyyət, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq (Şəki şəhəri "Karvansaray" mehmanxana kompleksi daxil olmaqla) və "Kiş" Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün qeyd edilən tarixdə saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir.

Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri düşmən tapdağı altındadır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər" Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala" Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran" Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah məbədi" Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

"İçərişəhər" memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Milli mədəni irsin qorunmasını təmin etmək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" isə görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.

Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

Paylaş

Xəbər lenti

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur Bu gün, 11:48 "Azərpoçt"un yeni rəhbəri MƏLUM OLDU Bu gün, 11:48 Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb Bu gün, 11:48 ABŞ-də iranlı qadın silah alveri ittihamı ilə saxlanılıb Bu gün, 11:48 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb Bu gün, 11:48 Bu hallarda qan vermək OLMAZ Bu gün, 11:48 İbrahim Tatlısəs əməliyyatdan sonra ilk dəfə görüntülənib Bu gün, 11:48 Misli Premyer Liqasında son 10 ilin tamaşaçı rekordu yeniləndi Bu gün, 11:48 "Mançester Yunayted"in futbolçusu cinsiyyət dəyişdirib? Bu gün, 11:48 Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU Bu gün, 10:48 İranda "Mossad"la əlaqədə ittiham olunan iki nəfər edam edilib Bu gün, 10:48 Azərbaycanda pul ən çox bu sahəyə XƏRCLƏNİR Bu gün, 10:48 "Azərpoçt"un rəhbəri işdən çıxıb Bu gün, 10:48 MSK üzvlərinin səlahiyyət müddəti bitir Bu gün, 10:48 Bakıda avtomobillə motosiklet toqquşub, ölən var Bu gün, 10:48 Kür çayı daşdı Bu gün, 10:48 Nəsibə Zeynalovanın anadan olmasının 110 ili tamam olur Bu gün, 10:48 Azərbaycanda məşhur sığorta şirkəti LƏĞV EDİLİR Bu gün, 10:48 Aprelin 26-da imtahan verəcək ŞAGİRDLƏRİN DİQQƏTİNƏ - DİM müraciət etdi Bu gün, 10:48 Ramzan Kadırovun oğlu Adam medalları və yeni rütbəsi ilə görüntülənib Bu gün, 10:48 İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib Bu gün, 09:48 Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb Bu gün, 09:48 Azərbaycan güləşçiləri Tiranada Avropa çempionatında mübarizəyə başlayır Bu gün, 09:48 İlham Əliyev: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır Bu gün, 09:48 İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir Bu gün, 09:48 Mərdəkan şosesində AĞIR QƏZA - Maşınlar arakəsməyə çırpıldı Bu gün, 09:48 Ötən həftə 172 yanğın: 49 nəfər xilas edildi, 30 nəfər təxliyə olundu Bu gün, 09:48 Rusiyada sirkdə panika: pələng tamaşaçılar tərəfə atılıb Bu gün, 00:48 Hansı xarakterlər bir-biri ilə uyğunlaşmır? – mütəxəssislər izah edir Dünən, 23:48 Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr Dünən, 23:48 Hər yerə gecikən bürclər açıqlanıb Dünən, 23:48 Gənc oğlanın meyiti evin həyətində aşkarlandı Dünən, 22:48 Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb Dünən, 22:48 Avstriyada uşaq qidasında zəhər aşkarlanıb – məhsullar geri çağırıldı Dünən, 22:48 Tramp bir saatda 32 paylaşım etdi – diqqət Yaxın Şərqə yönəldi Dünən, 21:48 Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub Dünən, 21:48 "Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT Dünən, 21:48 ABŞ nümayəndə heyətini daşıyan iki təyyarə İslamabada enib – İranla danışıqlar gözlənilir Dünən, 20:48 Ukraynalı uşaqların yeni qrupu reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 20:48 ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub Dünən, 20:48 Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular Dünən, 20:48 Zibil atmaqla bağlı qaydanı pozanlara minlərlə manat cərimə tətbiq olunur Dünən, 19:48 Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu Dünən, 19:48 Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər Dünən, 19:48 Şahin Bağırov: "Azərbaycanda voleybolun inkişafına tam əminəm" Dünən, 19:48 Tailand gəmisi Hörmüz boğazını tərk edib Dünən, 18:48 Tramp İrana sərt xəbərdarlıq etdi: "Razılaşma olmasa, infrastrukturu məhv edəcəyik" Dünən, 18:48 Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR