
Yevlaxda 41 yaşlı kişi iş başında ölüb, zəhərləndiyi ehtimal olunur.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax rayonun Varvara kəndində qeydə alınıb.
Belə ki, 41 yaşlı E.Bahadurov zirzəmidə görülən iş zamanı ölüb.
Onun zirzəmidə benzinlə çalışan generatordan yaranan qazdan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.