18-04-2025, 19:48 488

Bu il müavinət və təqaüdlərdə növbəti artımlar ediləcək

Yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ölkəmizdə vətəndaş rifahına xidmət edən islahatlar davam etdirilir. Prezident İlham Əliyevin tapşırıqları əsasında 2025-ci ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılıb: minimum əməkhaqqının 16 faiz artımla 400 manata çatdırılması, müxtəlif sahələrdə əməkhaqqı artımları, pensiyaların indeksləşdirilərək artırılması, fevralın 1-dən isə minimum pensiyanın 14,3 faiz artımla 320 manata çatdırılması təmin edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sosial ödənişlərin artırılması ilə yanaşı, sosial rifahda mühüm amil olan məşğulluğun təminatına yönələn proqramların getdikcə daha da genişləndirilməsinin, dövlət sosial xidmətlərində innovativ həllərin geniş tətbiqi işlərinin davam etdirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

İclasda qurumun tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin birinci rübdə proqnoza nisbətən 14 faiz və ya 249 mln. manat çox olmaqla 2 mlrd. 14 mln. manat, xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 163 mln. manat artaraq 1 mlrd. 864 mln. manat təşkil etdiyi bildirilib. Bu dövrdə pensiya ödənişlərinə də ötən ilin müvafiq dövrünə nisbətən 156 mln. manat və ya 10 faiz çox olmaqla 1 mlrd. 768 mln. manat vəsait yönəldildiyi, 475 min nəfərə müavinət olaraq 275 mln. manat, 402 min nəfərə Prezident təqaüdləri olaraq 173 mln. manat ödənildiyi qeyd olunub.

Cari ilin birinci rübündə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 84.7 min şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, o cümlədən 27.2 min şəxsin işlə təminatının həyata keçirildiyi, 1 195 şəxsin özünüməşğulluq proqramına, 1 221 işsiz şəxsin peşə kurslarına, 55.1 min şəxsin peşəyönümü xidmətlərinə cəlb edildiyi bildirilib.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin hesabat dövründə əmək münasibətləri üzrə innovativ nəzarət mexanizimlərinin tətbiqi, habelə elektron əmək müqaviləsinə keçid sahəsində gördüyü işlər qeyd edilib. Eləcə də əməkhaqqı və digər sosial xarakterli ödənişlərdən ibarət 80 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirildiyinin müəyyən edildiyi, bu vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin, işdən qanunsuz çıxarılmış 17 nəfərin əvvəlki işlərinə bərpasının təmin edildiyi diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, DOST Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübündə görülən işlərdən bəhs olunub. Qeyd olunan dövrdə 3.4 min tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, sosial xidmət müəssisələrində 2.3 min şəxsin xidmətlə təmin edildiyi, daha 32 uşağın övladlığa və 9 uşağın himayədar ailələrə verildiyi diqqətə çatdırılıb.

Həmin dövrdə 213 min, ümumən ötən dövrdə 3.4 milyon vətəndaşın DOST mərkəzlərinin xidmətlərindən yararlandığı, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98.5 faiz təşkil etdiyi, DOST mərkəzləri şəbəkəsinin ölkəboyu genişləndirilməsi işləri davam etdirildiyi qeyd edilib.

Yanvar-mart aylarında 11.6 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 27.9 min şəxsin reabilitasiya xidmətləri, 4.5 min şəxsin 29.4 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.

İclasda, həmçinin sənədlərlə və vətəndaş müraciətləri ilə iş, vətəndaşların qəbulu və s. sahələrdə ilk rüb ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR