20-04-2025, 13:48 351

Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür

Bu gün Xalq artisti, qüdrətli gülüş ustası, səhnəmizin parlaq ulduzu Nəsibə Zeynalovanın anadan olmasından 109 il ötür.

Nəsibə Cahangir qızı Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub.

Atası Kərbəlayı Cahangir Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub.İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə birlikdə İrana yollanıb.Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib.

Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu reallaşdıra bilib.

Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub.

1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb.

Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi.Demək olar ki, Nəsibə Zeynalova anadan artist doğulmuşdu.

Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote"), Ziraldina ("İki ağanın bir nökəri"), Zivər xanım ("Məhəbbət gülü"), Qesiya ("Tiflis nəğməsi"), Gülbadam ("Qız anası") rollarının xüsusi yeri var.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır.

Uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər.

Xüsusilə Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib.Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Bədii filmlərdə yaratdığı bir sıra obrazlar "Azərbaycanfilm" kinostudiyasının qızıl fonduna daxil edilib.

Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat tamaşaçı sevinci, tamaşaçı alqışı idi.

Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.

Məlumat üçün bildirək ki, Nəsibə Zeynalovanın 100 illiyi və atası Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Paylaş

Xəbər lenti

"İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı Bu gün, 13:48 Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi Bu gün, 13:48 Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb Bu gün, 13:48 Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu Bu gün, 13:48 Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib Bu gün, 13:48 Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsə ağır cəza istənildi Bu gün, 13:48 Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb Bu gün, 13:48 16 sahibkara "Startap" şəhadətnaməsi verilib Bu gün, 13:48 Polis SÜRÜCÜLƏRƏ müraciət etdi Bu gün, 12:48 "Barselona"nı "Çempionlar Liqasından edən futbolçu indi bu kluba keçmək istəyir Bu gün, 12:48 "Moyka"dan "Range Rover" qaçırıldı Bu gün, 12:48 ABŞ-də UNO tədqiqatçısının müəmmalı ölümü ilə bağlı məlumat yayılıb Bu gün, 12:48 Ələtdə körpə QIZDIRMADAN ÖLÜB Bu gün, 12:48 Yaponiyada 7.4 bal gücündə zəlzələ baş verib - Sunami XƏBƏRDARLIĞI Bu gün, 12:48 Salah "Liverpul"dan ayrılacağını açıqladı Bu gün, 12:48 "İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı Bu gün, 12:48 "Baku Steel Company" Almaniyada "Tube 2026" sərgisində Bu gün, 12:48 Sabah Azərbaycanda yağış yağacaq Bu gün, 12:48 Pensiya alanlara sevindirici XƏBƏR Bu gün, 12:48 "Neftçi"dən "Qarabağ"la oyundan əvvəl azarkeşlərə MÜRACİƏT Bu gün, 12:48 Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur Bu gün, 11:48 "Azərpoçt"un yeni rəhbəri MƏLUM OLDU Bu gün, 11:48 Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb Bu gün, 11:48 ABŞ-də iranlı qadın silah alveri ittihamı ilə saxlanılıb Bu gün, 11:48 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların sonuncusu evə buraxılıb Bu gün, 11:48 Bu hallarda qan vermək OLMAZ Bu gün, 11:48 İbrahim Tatlısəs əməliyyatdan sonra ilk dəfə görüntülənib Bu gün, 11:48 Misli Premyer Liqasında son 10 ilin tamaşaçı rekordu yeniləndi Bu gün, 11:48 "Mançester Yunayted"in futbolçusu cinsiyyət dəyişdirib? Bu gün, 11:48 Füzulidəki qəzada ölən hərbçilərin FOTOSU Bu gün, 10:48 İranda "Mossad"la əlaqədə ittiham olunan iki nəfər edam edilib Bu gün, 10:48 Azərbaycanda pul ən çox bu sahəyə XƏRCLƏNİR Bu gün, 10:48 "Azərpoçt"un rəhbəri işdən çıxıb Bu gün, 10:48 MSK üzvlərinin səlahiyyət müddəti bitir Bu gün, 10:48 Bakıda avtomobillə motosiklet toqquşub, ölən var Bu gün, 10:48 Kür çayı daşdı Bu gün, 10:48 Nəsibə Zeynalovanın anadan olmasının 110 ili tamam olur Bu gün, 10:48 Azərbaycanda məşhur sığorta şirkəti LƏĞV EDİLİR Bu gün, 10:48 Aprelin 26-da imtahan verəcək ŞAGİRDLƏRİN DİQQƏTİNƏ - DİM müraciət etdi Bu gün, 10:48 Ramzan Kadırovun oğlu Adam medalları və yeni rütbəsi ilə görüntülənib Bu gün, 10:48 İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib Bu gün, 09:48 Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb Bu gün, 09:48 Azərbaycan güləşçiləri Tiranada Avropa çempionatında mübarizəyə başlayır Bu gün, 09:48 İlham Əliyev: Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır Bu gün, 09:48 İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir Bu gün, 09:48 Mərdəkan şosesində AĞIR QƏZA - Maşınlar arakəsməyə çırpıldı Bu gün, 09:48 Ötən həftə 172 yanğın: 49 nəfər xilas edildi, 30 nəfər təxliyə olundu Bu gün, 09:48 Rusiyada sirkdə panika: pələng tamaşaçılar tərəfə atılıb Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR