ABŞ-nin təzyiqləri fonunda Kanada Aİ-yə üzv olma ehtimallarını nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Ağ Ev rəhbəri Donald Tramp da dəfələrlə Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək niyyətində olduğunu bildirib.
Kanadanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı səslənən fikirlər ABŞ-nin tarif siyasətinə qarşı atılmış cavab addımıdır.
Bu barədə Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinin Avropa Araşdırmaları kafedrasının dosenti Dmitri Levi "Lenta.ru"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu məsələdə ciddi inteqrasiyadan danışmağa əsas yoxdur:
"Düşünürəm ki, hazırda ABŞ-ın Kanada ilə bağlı atdığı bəzi addımları onun ərazi bütövlüyünə təhdid kimi qiymətləndirmək böyük siyasət oyununun bir hissəsidir. Bu, daha çox danışıqlarda mövqe gücləndirmək məqsədi daşıyır, nəinki ciddi plan".
O bildirib ki, Kanadanın Aİ kimi beynəlxalq institutlardan istifadə etməsi və oraya üzv olması məsələsində, xüsusilə də Böyük Britaniyanın təcrübəsini nəzərə alaraq, Aİ-nin bu gün cəlbedici iqtisadi qurum olduğunu söyləmək çox çətindir.
Ekspertin fikrincə, Kanadanın Aİ ilə daha sıx inteqrasiyası ilə bağlı ritorika, ABŞ-nin təşəbbüsləri fonunda Kanadanın Meksika ilə inteqrasiyasına qarşı balans yaratmaq məqsədi daşıyır. Bu isə ABŞ-nin tarif siyasətinə qarşı Kanadanın öz danışıqlar mövqeyini gücləndirməsinə xidmət edir.
Kanadanın Aİ-yə inteqrasiyası qarşısında duran əsas problemlərdən biri kimi hüquqi sistemlərin uyğunlaşdırılması məsələsini göstərən Levi qeyd edib ki, Aİ vahid hüquqi məkan əsasında fəaliyyət göstərir, Kanada isə ABŞ-ın hüquqi sisteminə uyğun formalaşıb. Bu isə fərqli dünyagörüşləri, iqtisadi modellər və hüquqi çərçivələr deməkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.