Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasının növbəti mərhələləri üzrə təkliflərin mübadiləsini davam etdirir.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın həmsədri Mqer Qriqoryan deyib.
O, tərəflər arasında komissiyaların növbəti görüşünün tarixi barədə məlumat olmadığını söyləyib.
Qriqoryanın sözlərinə görə, tərəflər delimitasiyanın növbəti mərhələləri üzrə fikir və təkliflərin mübadiləsini işçi mühitdə davam etdirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.