22-04-2025, 10:48 440

AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri ilə görüş keçirilib.

Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdəki demokratik mühitin həmkarlar ittifaqlarının səmərəli fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə açdığı geniş imkanlardan danışıb, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb.

Bildirilib ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, qabaqcıl beynəlxalq standartlara uyğun sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində kompleks addımlar atılır, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.

AHİK-də aparılan struktur və kadr islahatlarından, qadınların və gənclərin həmkarlar ittifaqları sistemində rolunun artırılması istiqamətində görülən işlərdən danışan Konfederasiya sədri yeni layihələr, o cümlədən "AHİK könüllüləri", "Layiqli Əmək Səfirləri", "AHİK Plus", "Həmkardan həmkara qayğı ilə", "Sağlamlığa doğru qaç" layihələri barədə deputatlara məlumat verib. Vurğulanıb ki, yollayışların vahid mərkəzdən verilməsi üçün "Kurort" Turizm İnformasiya Mərkəzi yaradılıb, hazırda prosesin tam rəqəmsallaşdırılması işləri aparılır.

Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti və həmkarlar ittifaqı sisteminin inkişafına verəcəyi töhfələrdən də bəhs olunub.

Sonra AHİK-in fəaliyyəti, eləcə də "Layiqli Əmək Səfirləri", "Həmkardan həmkara qayğı ilə", "AHİK Plus" layihələrindən bəhs edən videomateriallar nümayiş olunub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Konfederasiya tərəfindən həyata keçirilən islahatları və yenilikləri yüksək qiymətləndirib, əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının xüsusi rolunu qeyd edib. Musa Quliyev sosial sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb, eləcə də AHİK-lə əlaqələrin inkişafının əmək hüquqlarının qorunmasında önəmini vurğulayıb.

Görüşdən sonra Milli Məclisin üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin Çağrı Mərkəzi ilə tanış olublar.

Ardınca dövlət qurumları nümayəndələrinin və deputatların iştirakı ilə AHİK tərəfindən yeni yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin açılışı olub.

Bununla əlaqədar keçirilən tədbirdə Konfederasiya sədri Sahib Məmmədov Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin vəzifələri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Mərkəzdə əmək müfəttişləri tərəfindən ittifaq üzvlərinin müraciətləri cavablandırılacaq, əmək münasibətlərində qarşılaşdıqları hüquqi məsələlərlə bağlı onlara yardım göstəriləcək, maarifləndirmə işləri aparılacaq.

Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və deputat Ziyad Səmədzadə Konfederasiya tərəfindən həyata keçirilən layihələrin, tətbiq olunan yeniliklərin önəmini vurğulayıb, görülən işlərin dövlətimizin sosial siyasətinə əhəmiyyətli töhfə olduğunu qeyd edib, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.

Sonra Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinə baxış keçirilib. İştirakçılar həmçinin eyni məkanda yerləşən "Kurort" Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Paylaş

Xəbər lenti

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü Bu gün, 14:48 Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT Bu gün, 14:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Bu gün, 14:48 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI Bu gün, 14:48 Arzuolunmaz Türkiyə vətəndaşlarından biri keçmiş baş nazir Necmettin Erbakanın oğludur Bu gün, 14:48 Azərbaycana girişi qadağan olunan türklərdən biri də məşhur futbol şərhçisi Ahmet Çakardır Bu gün, 14:48 Naxçıvanda vəzifəli şəxs saxlanıldı Bu gün, 14:48 Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - Rəsmi Bu gün, 14:48 Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib Bu gün, 14:48 28 günlük tarif paketləri vətəndaşları qane edir? Bu gün, 14:48 Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb Bu gün, 13:50 Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək Bu gün, 13:49 İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 13:49 İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu Bu gün, 13:49 Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib Bu gün, 13:48 AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib Bu gün, 13:48 Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? Bu gün, 13:48 6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar Bu gün, 13:48 Bakıda tıxacları azaltmağın YENİ ÜSULU - Təmir işləri... Bu gün, 13:48 Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb Bu gün, 12:48 Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI Bu gün, 12:48 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib Bu gün, 12:48 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb Bu gün, 12:48 Yeni Lexus ES. zəriflik və innovasiyanın yeni nəsli Bu gün, 12:48 Mətbuat Şurası jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib Bu gün, 12:48 Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir? Bu gün, 12:48 Sabah rayonlarda yağış yağacaq Bu gün, 12:48 209 nömrəli avtobus yolda tüstü buraxaraq hərəkət edib Bu gün, 12:48 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi Bu gün, 11:48 Bakı-Abşeron qatarları nə vaxt metro tezliyində işləyəcək? - RƏSMİ CAVAB Bu gün, 11:48 Ülvi Mehdiyev: Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir Bu gün, 11:48 Ordubada qar yağıb - Faktiki hava Bu gün, 11:48 Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 11:48 ŞOK HADİSƏ: Ərinin cəsədinin üzərinə soğan əkib yedilər Bu gün, 11:48 Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib Bu gün, 11:48 Bunu edən avtobus sürücüləri işdən qovula bilər - RƏSMİ Bu gün, 11:48 Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür Bu gün, 10:48 Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır Bu gün, 10:48 Masazırda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 10:48 Pensiya ilə bağlı YENİLİK - Bu şəxslərə aylıq əlavə veriləcək Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb Bu gün, 10:48 Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik" Bu gün, 10:48 Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi Bu gün, 10:48 "Sabah"ın futbolçusu: "Bu günü heç vaxt unutmayacağam" Bu gün, 09:48 Xəzərin Qazaxıstan sahilində yüzlərlə balıq tələf oldu Bu gün, 09:48 Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb Bu gün, 09:48 UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq Bu gün, 09:48 Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR