
Azərbaycan Mərkəzi Bankına yeni təyinatlar olub.
Bu barədə APA-ya AMB-dən bildirilib.
Məlumata görə, Əlili Rəxşəndə Mübariz qızı AMB-nin maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru təyin edilib.
Bundan əlavə, Həsənov Ataxan Aftandil oğlu maliyyə sabitliyi departamentinin, Abbasov Əfqan Hikmət oğlu isə ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru təyin edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.