
Almaniyanın Bavariya əyalətində keçirilən yaz festivalı zamanı attraksion qəzası baş verib. Bayreuth şəhərindəki tədbirdə dönən yelləncək texniki nasazlıq səbəbindən idarəolunmaz vəziyyətə düşüb.
AVESTA.AZ iha-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00 radələrində baş verib. Bütün oturacaqları dolu olan yelləncək yerdəyişmə zamanı sürətini azaltmayıb və oturacaqlar ətrafdakı reklam dirəklərinə çırpılıb.
Qəza nəticəsində 10-32 yaş aralığında olan 5 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti orta, 2-nin isə yüngül dərəcəli qiymətləndirilib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.
Prokurorluğun göstərişi ilə hadisənin təfərrüatları araşdırılmağa başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.