26-04-2025, 09:48 256

Bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin doğum günüdür

26 Aprel Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 117 il keçir.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində anadan olmuşdur. Sonralar ailəsi Gəncə şəhərinə köçmüş, ibtidai təhsilini burada almış, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirmişdir.

1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, oranı bitirdikdən sonra Gədəbəy 7 illik məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirmiş, 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir.

Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdır.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur.

Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

Yazıçı "Sağlam yollarda", "Dirilən adam", "Bostan oğrusu", "Axundun iştəhası", "Gözün aydın", "Füzulinin poetik xüsusiyyətləri", "Bir gəncin manifesti", "Xalqın ürək sözü" , "Vətən" , "Yeni kəndin adamları" və s. əsərlərin müəllifidir.

"Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" (1944) medalları, "1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" (1948), "Qırmızı əmək bayrağı" (1967), "Oktyabr inqilabı" (1978) və iki dəfə "Şərəf nişanı" (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və "Qabaqcıl maarif xadimi" nişanı ilə təltif olunub.

1978-ci il sentyabrın 28-də vəfat edib, ikinci Fəxri Xiyabanda dəfn olunub. Bakı küçələrindən birinə onun adı verilib.

Paylaş

Xəbər lenti

İran Prezidenti: "Təzyiq altında danışıqlar olmayacaq" Bu gün, 12:48 Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ Bu gün, 12:48 Bakıda ağır qəza - "Sprinter" və "Shacman" toqquşdu Bu gün, 12:48 Bakıda güclü külək, regionlarda yağış olacaq Bu gün, 12:48 Salyanda ağır qəza: Bir nəfər həyatını itirib Bu gün, 11:48 Prezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb" Bu gün, 11:48 Türkiyədə səhər saatlarında iki ardıcıl zəlzələ olub Bu gün, 11:48 Daşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 "Kızılcık Şerbeti"nin aktrisası "Porsche"si ilə gündəm oldu Bu gün, 11:48 "Zaur Kamal efirdə olmayacaq" - ARB-nin direktor müavini Bu gün, 10:48 Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər Bu gün, 10:48 Bakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZA Bu gün, 10:48 Saxlanılan şəxsin hədəfi Tramp administrasiyasının rəsmiləri olub Bu gün, 10:48 Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub Bu gün, 10:48 Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək Bu gün, 09:48 Azərbaycanda maşın almaq istəyənlərə ŞAD XƏBƏR Bu gün, 09:48 Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi Bu gün, 09:48 Premyer Liqa: "Neftçi" "Qarabağ"la üz-üzə gələcək Bu gün, 09:48 Bu gün Mir Cəlal Paşayevin doğum günüdür Bu gün, 09:48 Tramp: ABŞ İrandan yeni təklif alıb Bu gün, 00:48 Yeni həftədə yaxşı pul qazanacaq bürclər Bu gün, 00:48 Çernobıl AES-də baş verən qəzadan 40 il ötür Bu gün, 00:48 "Şəkili Pərviz" həbs olundu Dünən, 23:48 Zelenski: Kiprdə Ukraynanın Aİ-yə üzvlüyü prosesinin inkişafı barədə razılıq əldə olunub Dünən, 23:48 Cəbrayıl Hacıyev Avropa çempionatında bürünc medal qazanıb Dünən, 23:48 Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir Dünən, 23:48 İstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir? Dünən, 23:48 Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu Dünən, 23:48 Pezeşkian 30 milyon könüllüdən kömək istəyib Dünən, 22:48 Abbas Əraqçi Omana gedib Dünən, 22:48 XİN Ukrayna ilə imzalanan saziş haqqında məlumat yayıb Dünən, 21:48 Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? Dünən, 21:48 Meksika XİN Çiuaua ştatındakı insidenti şərh edib Dünən, 21:48 Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb Dünən, 20:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Dünən, 20:48 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq Dünən, 20:48 Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş avtobus göndərib Dünən, 20:48 Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub Dünən, 19:48 Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz Dünən, 19:48 Azər Əkbərli vəfat etdi Dünən, 19:48 Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu Dünən, 18:48 "Sumqayıt" Premyer Liqanın XXIX turunda "İmişli"ni məğlub edib Dünən, 18:48 Gözlərimizin zəifləməməsi üçün nə etməli? Dünən, 18:48 Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY Dünən, 18:48 Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar Dünən, 18:48 Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" Dünən, 18:48 Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz" Dünən, 17:48 Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR