
Türkiyəli reper "Sefo"nun (Seyfullah Sağır) ailəsinin yaşadığı ev yanıb.
BAKU.WS xəbər verir ki, hadisə ötən gecə Samsun şəhərində yaşanıb.
Reperin ailəsinin yaşadığı mənzil 10 mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşib. Tavanda başlayan yanğının zamanla daha şiddətlənib. Hadisə yerinə polis və yanğınsöndürən çağırılıb.
Alov qısa müddətdə ram edilib.
Bu barədə Sefo özü sosial şəbəkədə paylaşım edib.
O ailə üzvlərin sağ-salamat olduğunu qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.