
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə rəsmi müqavilə bağlayıb.
AVESTA.AZ xəbər verir ki, idmançı sözügedən məlumatı Oxu.az-a təsdiqləyib.
Döyüşçümüzün iyunun 21-də "UFC Baku Fight Night"da debüt edib-etməyəcəyi dəqiq bilinmir. Ancaq hər bir halda, 35 yaşlı idmançı UFC-yə hazırlaşmaq üçün ötən gecə Tailanda uçub.
Qeyd edək ki, "UFC Fight Night" iyulun 21-də "Bakı Kristal Zalı"nda baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.