
İyunun 21-də Bakıda baş tutacaq UFC (Ultimate Fighting Championship) turnirində azərbaycanlı döyüşçü Rafael Fiziyev çilili idmançı İqnasio Bahamondesə qarşı döyüşəcək.
BAKU.WS xəbər verir ki, bu barədə UFC-nin Mətbuat Xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, Fiziyev 70 kq çəki dərəcəsində növbəti rinq qarşılaşmasını Bahamondeslə edəcək.
Turnirin proqramında başqa yerli döyüşçülərimiz – Tahir Abdullayev, Məhəmmədəli Osmanlı və Asəf Çopurovun da iştirak etməsi gözlənilir.
Bu döyüş gecəsi Bakıda UFC həvəskarları üçün unudulmaz idman bayramına çevrilə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.