21-10-2022, 11:38 503

Ekspert:

Azərbaycan həm avtomobil, həm dəmiryolu, həm də hava nəqliyyatı baxımından yeni dəhlizlər yaratmaqla transit potensialını yüksəldir və bu baxımdan ölkəmiz qitələrarası bağlantıda əlaqələndirici rol oynayır.

“AVESTA.AZ” xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev son dövrlərdə həyata keçirilən yeni layihələr haqqında danışarkən bildirib.

O qeyd edib ki, Qarabağda icra olunmuş infrastruktur layihələri regionumuzdan keçən dəhlizləri nəzərə almaqla biri-birinə əlaqələndirilmiş şəkildə inteqrasiya edilir:

“Bu baxımdan inşa edilən avtomobil yollardan biri də Şükürbəyli-Cəbrayıl-Hadrut magistralıdır. Bu yolun davamı olaraq Füzuliyə qədər hissəsinin (Füzuli-Hadrut) tikintisi hazırda gedir və bu ilin sonunda təhvil verilməsi planlaşdırılıb. Füzuli-Ağdam və Ağdam-Bərdə yollarının tikintisi də yekunlaşmaq üzrədir. Bu layihələr ya bu ilin sonu, ya da gələn ilin əvvəlində təhvil veriləcək. Bərdədən Yevlaxa əlaqə var. Oradan isə iki istiqamət üzrə Gürcüstana çıxmış oluruq. Bu yol İran sərhədinə də çıxır. Bu o deməkdir ki, yol həm şərq-qərb üzrə Bakıdan Zəngəzur dəhlizinə qədər ərazini birləşdirir, həm də cənub-qərb istiqamətində Fars körfəzi ilə Qara dəniz arasında əlaqə ola bilər”.

Rauf Ağamirzəyev
Rauf Ağamirzəyev

Ekspert bu baxımdan digər layihələrin də çox önəmli olduğunu qeyd edib:

“Bildiyiniz kimi, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Xudafərin-Qubadlı-Laçın, Laçın-Kəlbəcər, Toğanalı-Kəlbəcər-İstisu yolları tikilməkdədir. Bu yollar da yeni dəhliz rolunu oynayacaq və mövcud şərq-qərb dəhlizlərini əlaqələndirəcək. Bu yollar həmçinin sıxlıq, yüklənmə olduqda nəqliyyat axınını yönləndirmək baxımından da önəmlidir.

Ərazi dağlıq olduğundan tunel, estakada, süni qurğuların tikintisi də müşahidə olunur. Belə qurğular həm yolu qısaldır, həm də relyefdən asılı olmayaraq, fasiləsiz hərəkəti təmin edəcək.

Bütün bunlar regionda Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, cəlbediciliyini də yüksəldəcək”.

R.Ağamirzəyev Qarabağ və Şərqi Zəngəzurda tikilən dəmiryollarının əhəmiyyətindən də söz açıb: “Hazırda tikilən Bərdə-Ağdam, Horadiz-Ağbənd yolları tikilməkdədir. Amma perspektivdə İmişlidən Ağcabədiyə dəmiryolu çəkmək olar ki, onu Ağdam xətti ilə əlaqələndirdikdə həm Ələt limanına çıxışı təmin etmək olacaq, həm də Poti limanına. Bu yolla ilə gələcəkdə İmişli ilə Parsabadı əlaqələndirmək də nəzərdə tutulub. Beləliklə, Fars körfəzi ilə əlaqəni yaratmaqla Ağdamın, Qarabağın dünya bazarlarına çıxışını, inteqrasiyasını sürətləndirmək mümkün olacaq.

Regionda artıq Füzuli və Zəngilan hava limanları istifadəyə verilib. Yaxın iki ildə Laçın hava limanının istifadəyə verilməsi ilə Azərbaycan hava dəhlizlərində də mövqeyini möhkəmləndirəcək”.

Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “AVESTA.AZ”a Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun əhəmiyyətindən danışarkən bildirib: “Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə bizi Cəbrayıl şəhərinə, o cümlədən də Hadrut qəsəbəsinə aparır. Yol bu istiqamətdə yerləşən Cəbrayıl və Füzuli rayonlarının 20 yaşayış məntəqəsini əlaqələndirir. Hazırda Füzuli-Hadrut avtomobil yolunun inşası da yekunlaşmaq üzrədir. Füzuli-Hadrut avtomobil yolu da Şükürbəyli–Cəbrayıl avtomobil yoluna birləşir. Beləliklə, yol bu istiqamətdə Füzuli şəhərinə çıxışı bu şəkildə təmin edəcək: Füzuli-Zəfər yolu və Əhmədbəyli-Şuşa yolu”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR