1-05-2025, 14:48 307

Bakıda MAXE faizə pul verən kişini öldürdü:

Bakının Nəsimi rayonunda faizə pul verməklə məşğul olan 1983-cü il təvəllüdlü Zamiq Cəfərovu qətlə yetirmiş 2002-ci il təvəllüdlü Elvin Əsədovun məhkəməsi başa çatıb.

BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, Ağcabədi rayon sakini Elvin 2023-cü ilin ortalarında müxtəlif şəxslərə faizlə pul verməklə məşğul olan tanışı Zamiqdən anasının onkoloji xəstəliyi ilə bağlı yaranmış borclarını ödəmək üçün aylıq 20 faizə 2500 manat pul göütürb.

O, ailə vəziyyəti ilə əlaqədar pulu ödəmək imkanı olmadığından Zamiqdən vaxt istəyib. Telefon danışığı zamanı anası barəsində Zamiqin nalayiq ifadələr işlətməsi səbəbindən onu öldürmək qərarına gəlib.

Elvin kirayədə yaşadığı evdə saxladığı ov bıçağını götürüb, Zamiqə zəng edərək saat 21 radələrində görüşüb. Faiz borcu məsələsi ilə bağlı danışıq aparıb, bıçaqla ona çoxsaylı zərbələr vurub. Zamiq aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Anası da sələmçidir"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, Daxili Qoşunların N saylı hərbi hissəsində MAXE, yəni müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləyib:

"Anti-terror əməliyyatının iştirakçısıyam. Anam 2023-cü ilin sentyabr ayında xərçəng xəstəliyindən vəfat etdi. Atam birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, dövlətdən 80 manat təqaüd alır. Evin böyük oğluyam. Kiçik qardaşım Kooperasiya Universitetində tələbəsidir. Ailəmlə bağlı maddi cəhətdən güc mənim üstümə düşür.

Zamiqi hadisədən 4 ay əvvəl Biləcəri qəsəbəsində sələmçi kimi tanımışam. Anası da sələmçidir, hamı onlarfı sələmçi kimi tanıyır".

"400 manat faiz ödəməli oldum"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin avqust ayının sonlarında anasının xəstəliyinə görə təcili pul lazım olduğundan Zamiqə zəng vurub: "O, hərbçi olduğumu bildi, məndən neçənci dəstədə qulluq etdiyimi soruşdu. Cavab verdikdən sonra Zamiq barəmdə məlumat toplamaq üçün şəxsiyyət vəsiqəmin surətini və xidməti vəsiqəmin şəkilini çəkərək vatsap vasitəsi ilə ona göndərməyimi istədi.

Sənədlərimin surətini telefonla göndərdim. On əqiqə sonra özü zəng edərək nə qədər pul lazım olduğunu soruşdu, 2500 manat istədim.

Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində Zamiq mənə aylığı 20 faiz olmaqla 2500 manat sələmə pul verdi. Aylıq ona 400 manat faiz ödəməli oldum.

Zamiqdən pulu hissə-hissə götürdüm. İlkin olaraq 400-500 manat götürmüşdüm. Sonra 1000 manat da götürdüm. Həmçinin aylıq ödənişi gecikdirəcəyim halda həmin məbləğin üzərinə əlavə faiz gələcəyi barədə də razılaşdıq.

Sonra anam vəfat etdi. Məzuniyyət və mükafat pulumu alaraq yanvar ayında borcumu verməyi planlaşdırdım".

Elvin Əsədov qeyd edib ki, sentyabr ayında qardaşının 2200 manat təhsil haqqını ödəyib: "Bu səbəbdən Zamiqə olan borcum qaldı. O, tez-tez zəng vuraraq məndən pulunu tələb edirdi. Vəziyyəti izah etsəm də, o, fasiləsiz zəng vururdu. Atam bankdan borc pul götürərək ona qaytarmaq istəsə də, alınmadı. 2023-cü ilin oktyabr və noyabr aylarında da Zamiqə pul ödəyə bilmədim və ondan möhlət istədim".

"Məni və anamı ağır söyüşlərlə təhqir etdi"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə 30 dekabr 2023-cü ildə Zamiq yenə zəng edib və borcunu tam ödəmək üçün ilin son günü, saat 13:00-dək vaxt verib, qaytarmayacağı halda onun iş yerinə zəng vuraraq şikayət edəcəyini deyib:

"Zamiqə pul məsələsi ilə əlaqədar hər gün zəng etdiyini, buna görə də sıxıldığımı, pulumu anamın xəstəliyinə xərcədiyimi, yanvarda borcumu qaytaracağımı dedim. Bunu dedikdə Zamiq məni və anamı ağır söyüşlərlə təhqir etdi. Borcu qaytarmam üçün səhəri günü saat 1-ə kimi vaxt verdiyini bildirərərk zəngi sonlandırdır.

Müharibədə psixoloji sarsıntılar keçirməyim və anamın vəfat etməsindən sarsıldığımdan təhqirlər məni qəzəbləndirdi. Buna görə Zamiqi öldürmək qərarına gəldim. Evdən bıçaq götürdüm, bıçağı cibimə yerləşdirmək üçün gödəkçəmin cibini cırdım. Zamiqə zəng etdim, pulu düzəltdiyimi dedim, olduğu yeri deməyini istədim. O, pulu karta atmağımı məsləhət bildi.

Zamiqə pulu əmimin gətirərək verəcəyini və bu barədə ona qəbz imzalatdıracağını söylədim. O da məkanı paylaşacağını və Memar Əcəmi dairəsində olacağını dedi.

Taksi çağıraraq Memar Əcəmi dairəsinə getdim. Zamiqin yanında iri cüssəli, tanımadığım başqa bir şəxs də vardı. Görüşəndə Zamiq pulu gətirib-gətirmədiyimlə maraqlandı. "Niyə söyüş söyürdün?" - deyə ona sual verdim. "Söhbət etməyə gəlmisən sən?" - o soruşdu.

Cavabda dedim ki, sənin valideyininə söysələr sən nəsə deməzsən? Cavabda qayıtdı ki, əşşi söymüşəm, bir də söyərəm, söhbət etmək istəyirsənsə, bura söhbət yeri deyil, otur maşına, gedək, mən sənə göstərərəm nə edərlər, sənin kimiləri mən çox görmüşəm.

Ona "mən sən gördüklərin adamlardan deyiləm" dedim. Zamiq yenə mənə qarşı nalayiq ifadələr işlətməyə başladı. Dedim ki, mən sənə əməkhaqqı kartımı da zamin qoymağı təklif etmişdim, sən niyə belə elədin?

Zamiq yenə söyüş söymək istədikdə əvvəlcə bir bıçaq zərbəsilə ağzına vurdum. İkinci zərbə boğazına dəydi".

"Tamah niyyətim olmayıb"

Elvin deyib ki, daha sonra Zamiqə neçə dəfə bıçaq zərbəsi vurduğunu xatırlamır: "Bıçağı vurduqdan sonra həmin yerdən uzaqlaşdım. Taksiyə minərək Ağcabədiyə anamın qəbrini ziyarət etdikdən sonra polisə təslim olmaq qərarına gəldim. Bundan başqa adını xatırlamadığım polis polkovniki zəng edərək harada olduğumu soruşdu. Mən qaçmaq niyyətində olmadığımı, anamın qəbrini ziyarət etdikdən sonra polisə təslim olacağımı dedim. Dediyim kimi də etdim.

Zamiqi öldürərkən tamah niyyətim olmayıb. 1885 manat əmək haqqı almışam. Qardaşımın təhsil haqqını ödəməsəm, Zamiqin pulunu verəcəkdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əsədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Zərərçəkmiş Zamiq Cəfərovun hüquqi varisi, anasının mülki iddiası qismən təmin edilib. Vurulmuş mənəvi zərərlə bağlı 10000 manat təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılıb. İddia qalan hissədə təmin edilməyib.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Zərərçəkmiş şəxsin də hüquqi varisi tərəfindən eyni tələblə şikayət verilib.

Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Müdafiəçi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində ən minimal cəza təyin olunmasını xahiş edib.

Tərəflərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə baxılıb.

Hakimlər heyəti tərəflərin şikayətini araşdırıb, sonda qərar veriblər. Dövlət ittihamçısının protesti təmin olunub. Elvin Əsədovun cəzası 14 ilə qədər artırılıb.

Zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti qismən təmin edilib.

Təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin olunmayıb.

Paylaş

Xəbər lenti

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR