
Rusiyanın Moskva vilayətində qar səbəbindən ağaclar avtomobillərin üzərinə aşıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
"Dəqiq say məlum deyil – təcili xidmətin əməkdaşları müraciətləri sayarkən, sözün əsl mənasında, sayı itirirlər", - deyə məlumatda bildirilib.
Bundan başqa, bir neçə ağac dəmir yolu relslərinə aşıb, nəticədə marşrutlardan birində şəhərətrafı qatarların hərəkət cədvəli pozulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.