
Xalq artisti Tünzalə Ağayeva paytaxtda baş tutacaq "Dream fest" beynəlxalq musiqi festivalında iştirak edəcək.
BAKU.WS xəbər verir ki, sənətçi iyulun 24-də baş tutacaq Müslüm Maqomayev gecəsində çıxış edəcək.
Sözügedən gecə bənzərsiz, əvəzolunmaz sənətkar Müslüm Maqomayevin əziz xatirəsinə, yaradıcılığına həsr olunacaq.
Qeyd edək ki, "Dream fest" iyulun 23-dən, 26-dək davam edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.