
Biləsuvar rayonunda pambıq yığımı bayramı keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbir rayonun Köhnə Əmənkənd adlanan ərazisində baş tutub.
Bayram tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri, kəndlər üzrə icra nümayəndələri, kənd sakinləri, pambıq şirkətləri və fermerlər iştirak ediblər.
Tədbir zamanı əvvəlcə əl, sonra isə texnika ilə pambıq yığımı həyata keçirilib.
Daha sonra kənd məhsullarının sərgi-satış yarmarkası təşkil olunub.
Tədbird Biləsuvar Regional Mədəniyyət İdarəsinin musiqi kollektivinin çıxışı ilə yekunlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.