21-10-2022, 19:59 601

İsgəndər Cavadov:

Azərbaycanın veteran hücumçusu İsgəndər Cavadov 14 yaşından futbolla məşğul olmağa başlayıb. Peşəkar karyerası ərzində "Xəzər", "Avtomobilçi", "Kəpəz" klublarında, həmçinin Rusiyanın "Dinamo" (Moskva) və Moldovanın "Nistru" komandalarında çıxış edən keçmiş forvardın əsas uğurları "Neftçi" ilə bağlı olub. 1977 - 1982 və 1983 - 1988-ci illərdə "ağ-qaralar"ın formasını geyinən Cavadov bu komandanın heyətində 277 oyuna 53 qol vurub.

Hazırda Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü və Gəncə futbolunun kuratoru olan İsgəndər Cavadov "Report"a müsahibəsində həm ölkə futbolunun hazırkı durumu, həm "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışı, həm də digər maraqlı məqamlara toxunub.

- Söhbətə "Qarabağ"ın avrokuboklardakı çıxışından başlayaq. Ağdam klubunun Avropa Liqasında qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz?

- "Qarabağ"ın avrokuboklarda gözəl oyun göstərməsi şəxsən məni sevindirir. Azərbaycan futbolunun lideridir. Rəhbərlik komandada sabitlik yaradıb. "Köhlən atlar" illərdir avrokubokların qrup mərhələsində iştirak edir. Digər tərəfdən Qarabağı, Ağdamı təmsil edir, ölkəni bütün dünyaya tanıdır. Qrupdan çıxmaq üçün çox yaxşı şansı var. Fransada "Nant"dan xal alıb növbəti mərhələyə vəsiqəni təmin etsə, bizim üçün böyük qələbə olacaq. "Qarabağ" Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edən yeganə komandadır. İstərdim ki, avrokuboklarda "Neftçi" və digər klublarımız da olsun. "Qarabağ" Avropada tək qalmasın.

- Preziden İlham Əliyev də deyib ki, digər komandaların avrokuboklarda uğur qazanmasını istəyir. Sizcə, digər klubların "Qarabağ" kimi nəticə qazanmasına nə mane olur?

- Təşkilatçılıq. "Sabah" da yaxşı başlayıb. Düzgün yoldadırlar. Hər şey rəhbərlikdən, təşkilatçılıqdan asılıdır. Sponsorlar ayırdıqları vəsaitə nəzarət etməlidirlər. Pullar hara gedir, kimi gətirirlər, hansı oyunçuları alırlar? Əsas odur ki, seçim düz olsun. Bizdə pulu olmayan komanda da əcnəbi futbolçu gətirir. Pulu olanlar gedib 15-20 legioner alır. Futbolçunu "Qarabağ" kimi gətirmək lazımdır. Yaxşı oyunçular alırlar və faydasını görürlər. İstərdim ki, çempionatımızda ən azı 5 komanda çempionluq uğrunda mübarizə aparsın. Klubları inkişaf etdirmək lazımdır.

- Bunun yolunu nədə görürsünüz?

- Sponsorlarda. Bizdə futbola pul ayıran şirkətlər yoxdur. Məsələn, "Kəpəz" bu gün küçədə qalıb. Futbolçuların qalmağa, məşq etməyə normal yerləri yoxdur. Yəqin "Neftçi" ilə oyunu izlədiniz. Gördünüz, nə qədər azarkeşi var? Bu gün Azərbaycan çempionatında belə azarkeş kütləsi olan komanda yoxdur. Gəncə ölkənin ikinci böyük şəhəridir. Gözəl aeroportu, dəmiryol vağzalı var. Bir dənə stadion qalıb, onu da tikmək lazımdır. Şəhərə layiq arena olmalıdır. Orada super komanda yaratmaq olar. Bu şəhərdən yaxşı uşaqlar çıxır. Bizim vaxtımızda "Neftçi"nin oyunçularının yarısı Gəncədən idi. Bu torpaqda nəsə var, futbolçu yetişir. Gəncə futbolunu inkişaf etdirmək, orada yaxşı işlər görmək lazımdır.

- Siz həm də Gəncə futbolunun kuratorusunuz. Hələ də orada bir çox problem qalır. Maraqlıdır, siz nə təklif etdiniz?

- O vaxt Elxan Məmmədov məndən xahiş etdi ki, orada sabitlik yaradım. Çətinlik idi. Komandanı dirçəltmək lazım idi. Şəhər rəhbərliyi ilə görüşdüm. Amma maliyyə tərəfdən heç nə olmadı. Dediyim kimi, hazırda "Kəpəz"in futbolçuları evsizdir. Yatmağa, məşq etməyə yerləri, avtobusları yoxdur. O vaxt bizi 2 gün əvvəldən bazaya yığırdılar, məşq edirdik. İndi isə "Kəpəz"in şəraiti sıfırdır. Bu komandadan nə gözləmək olar? Şəhərin futbolunu dirçəltmək lazımdır. İcra başçısından da xahiş etdim. Dedilər ki, planda belə bir şey var. Bir müddət öncə gənclər və idman naziri Fərid Qayıbov Gəncəyə gəlmişdi. O da vəziyyətlə tanış oldu. Avropada 20-22 komandada ilk 8-i nisbətən varlı olur. Onların arasında girmək qeyri-mümkündür. Digər klublarda isə daha çox yerli futbolçulardır. Həmin oyunçular da imkanlı kollektivlərə düşmək üçün onlarla matçlarda özlərini ən yaxşı tərəfdən göstərirlər. Bizdə isə komanda sayı azdır. I Divizionda da problemlər var. Lazımi şəraiti yaratmaq lazımdır.

- Bu yaxınlarda AFFA Canni De Byazi ilə müqaviləni uzatdı. Bu qərara münasibətiniz necə oldu?

- Bilirsiniz, mən hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm. Bugünkü reallıqda yerli baş məşqçi olmalıdır. Amma öz mütəxəssislərimizdən biri ortaya çıxıb demir ki, mən millinin baş məşqçisi olmaq istəyirəm.

- Amma onların bir çoxu mətbuata müsahibələrində yığmanın sükanı arxasına keçməyə hazır olduqlarını bildirirlər...

- Görünür, sözdə deyirlər. Klublarda çalışan baş məşqçilər o səviyyədə deyillər. Amma Qurban Qurbanov millidə işləyə bilər.

- Milli komandaya başqa hansı yerli mütəxəssisləri məsləhət görə bilərsiniz? Hər zaman Qurban Qurbanovun adı çəkilir...

- Yox, 1-2 nəfər də var. Məsələn, Tərlan Əhmədov və Arif Əsədov işləyə bilər. Ümumiyyətlə, bugünkü futbolçularla işləmək çox çətindir. İstəyir "Qarabağ"dakı yerlilər gəlsin, milli komandada nəticə qazana bilmirik. Ona görə də yerli mütəxəssis olmalıdır.

- Elədirsə, niyə De Byazi ilə müqavilə uzadıldı?

- İtaliyalı mütəxəssis son oyunlardakı uğurlu nəticələrə görə yığmada qaldı. Artıq istədiyi kollektivi formalaşdırıb. Daha bir seçmə mərhələ üçün ona şans verdilər.

- Sizcə, şans var?

- Xeyr, heç bir şans yoxdur. Ümumi problemdir. Amma çalışmalıyıq.

- Azərbaycan millisi seçmə mərhələdə Belçika, İsveç, Avstriya və Estoniya ilə eyni qrupda mübarizə aparacaq. Hansı yerə ümid etmək olar?

- Yalnız Estoniyanı üstələyə bilərik. Digər rəqiblərlə matçlardan heç nə gözləmirəm. Amma futboldur, hər şey olur. Milli komanda ilə səfərlərə mən də gedirəm. Futbolçular özləri deyirlər ki, biz nə bacarırıq, onu da oynayırıq. Çox da sıxa bilmirik. Çünki Azərbaycan çempionatının səviyyəsi də bəllidir. Bilirsiniz, "Qarabağ"ın yanında özü kimi bir komanda olmalıdır ki, rəqabət artsın, kimlərsə yetişsin. Avropada 5-6 komanda daim ilk 3 yer uğrunda mübarizə aparır. Ortada prinsipiallıq olur. Bizdə isə bu yoxdur. "Qarabağ" çıxıb hamısını rahat udur. Bu, digər komandalar üçün də pisdir. Bəzi matçlarda həvəsdən düşürlər. Güclü komandalar olsa, belə hallar baş verməz. Düşünürəm ki, De Byazidən sonra yerli mütəxəssis olacaq.

- Sonda Suqovuşanda keçirilən "Mingəçevir Reqata"sı ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Burada iştirak etmək bizim borcumuzdur. Möhtərəm Prezidentə təşəkkür edirəm ki, torpaqlarımızı qaytardı. Şadam ki, 30 ildən sonra bu ərazilərə qovuşduq. İlham Əliyevə, Mehriban Əliyevaya can sağlığı arzu edirəm. Ordumuza çox sağ ol deyirəm. Şəhidlərimizə Allah rəhmət etsin. Onların ruhu qarşısında həmişə baş əyməliyik.

Paylaş

Xəbər lenti

BƏƏ İranla əlaqəli cinayətkar qrupu ifşa edib Bu gün, 19:48 "Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib Bu gün, 19:48 Bu yoldan keçərkən ehtiyatlı olun Bu gün, 19:48 "Müəllimlərə dedik, amma..." - Məktəbdə baş verən insidentlə bağlı şok İDDİA Bu gün, 19:48 "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda" təsdiqlənib Bu gün, 18:48 Bu tarixdən yağıntılar kəsiləcək, temperatur yüksələcək - AÇIQLAMA Bu gün, 18:48 İran vurulan ABŞ raketlərinin fraqmentlərini tədqiq edir Bu gün, 18:48 İmişli sakinini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 18:48 Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq Bu gün, 18:48 Rusiyadan Azərbaycana gətirilən 19 ton yağda uyğunsuzluq aşkarlanıb Bu gün, 17:48 2 100 abonentin qazı kəsiləcək Bu gün, 17:48 ABŞ-nin hərbi aktivliyi artıb: Regionda yeni əməliyyat olacaq? Bu gün, 17:48 Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA Bu gün, 17:48 Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib Bu gün, 17:48 Naxçıvanda bir sıra çaylardan sel keçib Bu gün, 17:48 Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı! Bu gün, 17:48 Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib Bu gün, 17:48 Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb Bu gün, 17:48 Ukraynadan Azərbaycana gətirilən toyuqda BAKTERİYA aşkarlanıb Bu gün, 16:48 "Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu Bu gün, 16:48 Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir Bu gün, 16:48 Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanda iki internet provayderi BAĞLANDI Bu gün, 16:48 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi Bu gün, 16:48 Bakının bir hissəsində qaz kəsilib Bu gün, 15:48 Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Bu gün, 15:48 100 min bina söküləcək iddiaları təkzib edildi Bu gün, 15:48 Moskvaya qar yağacaq Bu gün, 15:48 Ceyhun Bayramov UNESCAP rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib Bu gün, 15:48 TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı Bu gün, 14:48 "Mübarək" şadlıq sarayında yanğın olub Bu gün, 14:48 Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI Bu gün, 14:48 Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI Bu gün, 14:48 Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Bu gün, 14:48 Abituriyentlər daha çox 1-ci ixtisas qrupuna müraciət edirlər Bu gün, 14:48 Bakıda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ Bu gün, 14:48 Ötən həftə 1455,4 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq Bu gün, 14:48 "İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı Bu gün, 13:48 Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi Bu gün, 13:48 Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb Bu gün, 13:48 Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu Bu gün, 13:48 Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib Bu gün, 13:48 Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsə ağır cəza istənildi Bu gün, 13:48 Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb Bu gün, 13:48 16 sahibkara "Startap" şəhadətnaməsi verilib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR