
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının növbəti mövsümünə birbaşa 2-ci təsnifat mərhələsindən start verəcək. Bu, artıq rəsmiləşib.
BAKU.WS xəbər verir ki, UEFA turnirində baş verən son nəticələr - xüsusilə də PSJ-nin "Arsenal" üzərində qələbə qazanaraq finala yüksəlməsi - bir sıra komandaların təsnifat mərhələsindəki mövqelərinə təsir edib.
Beləliklə, Slovakiyanın "Slovan Bratislava" klubu ilə yanaşı, Azərbaycan təmsilçisi "Qarabağ" da 1-ci mərhələni keçərək 2-ci təsnifata yüksəlib. Eyni zamanda, Yunanıstanın "Olimpiakos" klubu isə bu nəticələrdən sonra turnirə birbaşa Liqa mərhələsindən başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.