8-05-2025, 11:48 173

Mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur

Hər il mayın 8-də bütün dünyada Beynəlxalq Talassemiya Günü qeyd edilir. Bu tarix Beynəlxalq Talassemiya Federasiyası tərəfindən 1994-cü ildə təsis edilib. Günün əsas məqsədi ictimaiyyəti bu irsi qan xəstəliyinin qarşısının alınması, effektiv müalicəsi, sosial adaptasiya imkanları və elmi tədqiqatlara çıxışla bağlı maarifləndirməkdir.

BAKU.WS xəbər verir ki, talassemiyanın daha ağır formalarına xüsusən qan qohumluğu olan ailələrdə rast gəlinir. Yaxın qohumlar arasında bağlanan nikahlar sonradan ağır irsi patologiyaların, o cümlədən talassemiyanın yaranmasına səbəb ola bilər.

Bu xəstəlik erkən yaşlardan özünü büruzə verdikdə, uşaqlarda həm fiziki, həm də əqli inkişafda geriləmə, üz skeletində dəyişikliklər – kvadrat formalı kəllə, yəhərvari burun, çənə nahiyəsində uyğunsuzluq və digər əlamətlərlə müşahidə olunur. Belə uşaqlarda tez-tez infeksion xəstəliklərə yoluxma və sarılıq əlamətləri də müşahidə edilə bilər.

Talassemiyanın ağır növləri uşaqların erkən yaşda həyatını itirməsi ilə nəticələnə bilər. Orta dərəcəli formalar isə xəstənin yetkin yaşa çatmasına imkan verir. Xəstəlik zamanı qanın tərkibindəki rəng göstəricisi aşağı düşür, dəmirin səviyyəsi ya normal, ya da artmış olur. Bu proses nəticəsində qırmızı qan hüceyrələri tez parçalanır, zülal miqdarı artır, dalaq isə böyüyür.

Genetik yolla valideynlərdən övladlara keçən bu xəstəlik, hemoqlobinin sintezində baş verən pozuntu və davamlı anemiya ilə xarakterizə olunur. Sadə dəmir çatışmazlığından fərqli olaraq, talassemiya zamanı dəmir preparatlarının qəbulu xəstəyə mənfi təsir göstərə bilər.

Xəstəlik tam sağalmır, lakin xəstənin vəziyyətini yüngülləşdirmək üçün mütəmadi olaraq qan köçürülməsi həyata keçirilir. Ən effektiv müalicə üsullarından biri isə sümük iliyinin transplantasiyasıdır. Bununla yanaşı, bəzi hallarda ayda bir dəfə dərmanların dəri altına yeridilməsi ilə qanın normal laxtalanma prosesi bərpa edilə və xəstəyə sağlam həyat tərzi təmin edilə bilər.

Hazırda Azərbaycanda qeydiyyatda olan 3 min 280 nəfər talassemiyalı xəstə var. Son illər ölkəmizdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası sahəsində mühüm tədbirlər görülüb. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Qanun həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

Ölkəmizdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. 2014-cü ildən talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanılıb. İndiyədək 212 xəstə üzərində həmin əməliyyat yerinə yetirilib.

Prezident İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq edilən "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" xəstəliyin profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikası və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, xəstəlikdən əlillik və ölüm halları azalıb. Qohum nikahlarının qadağan edilməsi yalnız talassemiya deyil, digər qan xəstəliklərinin azalacağına böyük ümidlər yaradır.

Paylaş

Xəbər lenti

Paytaxtın hansı küçələrində sıxlıq var? - 17.04.2026 Bu gün, 18:48 IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir Bu gün, 18:48 Ərdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır" Bu gün, 18:48 Beyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı, müəssisə bağlandı Bu gün, 18:48 Ərdoğan: Dünya hansı istiqamətdə gedəcəyi ilə bağlı böhranla üzbəüzdür Bu gün, 17:48 Ərdoğan: Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı addım-addım irəli aparırıq Bu gün, 17:48 Üç qardaş ölkənin rəhbərləri Antalyada bir araya gəldilər Bu gün, 17:48 Məktəblərdə silahlı hücumlar niyə artır, uşaqlar nəyi demək istəyirlər? Bu gün, 17:48 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib Bu gün, 17:48 Əraqçi Hörmüz boğazının açıldığını bildirib Bu gün, 17:48 Avropa çempionatı: Hidayət Heydərov gümüş medal qazandı Bu gün, 17:48 11 illik buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 17:48 Ermənistan və Türkiyə XİN rəhbərləri müavinləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər Bu gün, 17:48 FHN Bakıda yaşayış binasında təlim keçirib Bu gün, 17:48 ABŞ-də keçmiş vitse-qubernator həyat yoldaşını öldürüb, sonra intihar edib Bu gün, 16:49 Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarı olub Bu gün, 16:49 Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir Bu gün, 16:48 Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi Bu gün, 16:48 Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama Bu gün, 16:48 "Haber Global"da İlham Əliyevin Antalya Diplomatiya Forumundakı görüşləri barədə süjet yayımlandı Bu gün, 16:48 Prezident İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb Bu gün, 16:48 XƏBƏRDARLIQ! - 3 gün YAĞIŞ YAĞACAQ - Bu tarixdən... Bu gün, 16:48 MN: "Anadolu Ankası - 2026" beynəlxalq təlimi uğurla başa çatıb Bu gün, 16:48 Ermənistan və Azərbaycan parlament sədrləri təmasların davamı barədə razılaşıblar Bu gün, 15:48 Kobud qayda pozuntularına yol verən sürücü cəzalandırıldı Bu gün, 15:48 "Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır Bu gün, 15:48 Alen Simonyan: "Azərbaycanla ticarəti daha da genişləndirməliyik" Bu gün, 15:48 Xırdalanda yaşayış kompleksində YANĞIN BAŞLAYIB Bu gün, 15:48 Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə YENİ İXTİSAS YARADILDI Bu gün, 15:48 Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 15:48 Dəyişkən gəlirdə şəxsi büdcə necə planlanmalıdır? – maliyyə mütəxəssislərindən izah Bu gün, 15:48 Piyada olmağın peşmanlıq gətirdiyi yerlər: Səkilər niyə "işğal" altındadır? Bu gün, 15:48 ABŞ-də ICE rəhbəri istefa verdi – səbəblər açıqlanmayıb Bu gün, 15:48 Sürücülük hüququ olmayan sərxoş kişi məsuliyyətdən yayınmağa çalışdı - Postda TUTULDU Bu gün, 15:48 Binəqədidə dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ADLAR Bu gün, 15:48 Azər Hacıyevə yüksək vəzifə verildi Bu gün, 15:48 Avropa çempionatı: Finala yüksələn Hidayət Heydərov ən azı gümüş medalı təmin edib Bu gün, 14:48 Hemofiliya: İrsi qan xəstəliyinin diaqnostikası və müalicəsi Bu gün, 14:48 Prezidentin köməkçisi: Azərbaycan beynəlxalq sülh gündəliyini dəstəkləyir Bu gün, 14:48 Kürdəmir stansiyasının açılışı olub Bu gün, 14:48 Xalq artistinin qardaşı qızının meyiti tapıldı - 1 həftə əvvəl ölübmüş Bu gün, 14:48 Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb Bu gün, 14:48 İcra məmurları tələbi borclunun sərvətlərinə yönəldə bilər Bu gün, 14:48 Nərimanovda zəncirvari QƏZA - 4 maşın bir-birinə çırpıldı Bu gün, 14:48 KT və rentgen ildə neçə dəfə edilə bilər? Bu gün, 14:48 Binəqədidə DƏHŞƏTLİ HADİSƏ: Ölənlər var Bu gün, 14:48 Avropa çempionatı: Hidayət Heydərov yarımfinala yüksəlib Bu gün, 13:48 İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR