9-05-2025, 20:48 360

Məşhur "Rolling Stone" jurnalı Azərbaycanı bu il "Avroviziya 2025" musiqi yarışında təmsil edən "Mamagama" qrupundan yazıb.

BAKU.WS APA-ya istinadən həmin məqaləni təqdim edir:

"Hər ilin mayında keçirilən "Avroviziya" mahnı müsabiqəsi dünyanın ən möhtəşəm və baxımlı müsabiqəsi, eləcə də, dünyanın müxtəlif kontinentlərində milyonlarla izləyicisi olan ən baxımlı musiqi yarışması sayıla bilər. Bu yarışma həm də musiqidən daha çox özünün ekstavaqantlığı ilə məşhur olsa da daxilində geosiyasi üstünlük də yox deyil.

Məsələn, 2016-cı ildə Ukrayna təmsilçisi olan Сamala 1944-cü ildə, Stalinin hakimiyyəti dövründə təqiblərə məruz qalan Krım tatarlarının xatirəsinə, eləcə də Krımın Rusiya tərəfindən işğalına həsr olunmuş səhnə performansı ilə qələbə qazana bilmişdi. 2022-ci ildə isə Rusiyanın Ukraynaya genişmiqyaslı aqressiyası başladı bir neçə ay sonra Avropa bu faktı tənqid etməyə başlamışdı və o zaman da Ukrayna qələbə qazandı. "Avroviziya"da geosiyasət və böyük güclər zaman-zaman əl-ələ verib. Bu il də o baxımdan istisna deyil.

Azərbaycanı builki yarışmada müsəlman bir ölkədə yəhudi əsilli solistin yer aldığı "Mamagama" qrupu təmsil edəcək. Gərgin geosiyasi vəziyyətdə bu seçim özlüyündə bir çağırış hesab oluna bilər. Regional problemlərin olduğu bir vaxtda, qrup tolerantılıq çağırışları etməyi düşünür. Buna isə bütün dünyanın ehtiyacı var.

Qrupun hər bir üzvü müxtəlif etnik qruplara aiddir. Solist Asəf Mişiyev yəhudi, gitara ifaçısı Həsən Heydər və baraban ifaçısı Arif İmanov isə Livan-Rus əsilli etnik azərbaycanlılardır. Əhalisinin 95 faizinin müsəlman olduğu bir ölkə olan Azərbaycan dini və etnik baxımından hər hansı gərginlik demək olar ki, mövcud deyil. "Mamagama" qrupunun üzvləri deyir ki, onlar Azərbaycanın paytaxtı Bakının miniatür modelini simvolizə edir: "Burada tam bir dözümlülük hökm sürür, - 32 yaşlı Asəf Mişiyev belə deyir, - yəhudilərə xas olan bayramlar da müsəlmanların bayramları ilə eyni dərəcədə qeyd edilir deyə biz bir-birimizi təbrik edirik".

Belə bir vaxtda müsəlman bir xalqı təmsil etmək üçün "Avroviziya" müsabiqəsinə yəhudi əsilli bir ifaçını göndərən ikinci bir dövlət təsəvvür etmək mümkün deyil. Lakin Azərbaycan yəhudi irsi ilə qürur duyur. Burada həm də dünyanın daim mövcud olan ən qədim yəhudi icmalarından biri məskunlaşıb. Bu icma təkcə özünün uzunömürlü olmasına görə deyil, həm də müsəlmanların çox olduğu bir dövlətdə yaşaya bilməsinə görə də tanınır.

Dağ yəhudiləri ehtimal edildiyi kimi vaxtilə qədim farsdilli yəhudilərdən törəmə etnik qrupdur. Onlar indiki İran ərazisindən təqiblər nəticəsində qaçaraq, eramızın V əsrində müasir Azərbaycanın şimal-şərq hissəsində məskunlaşıblar. Asəf Mişiyev Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlsə də, ailəsi öz yəhudi-fars adətlərinə sadiq olan, dialektlərini və milli geyimlərini qoruyan, tarixən müsəlman qonşuları ilə sülh şəraitində yaşayan yəhudi icmasına mənsubdur.

Azərbaycanın "Avroviziya" müsabiqəsinə məhz yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır. Ötən ilki müsabiqə ziddiyyətlərlə dolu idi, çünki həm rəqiblər, həm də etiraz edən kütlə İsrail təmsilçisi İden Qolanın Qəzzadakı hərbi əməliyyatlar səbəbindən müsabiqədən kənarlaşdırılmasını tələb edirdi.

Azərbaycanı təmsil edən ifaçılar Fəxri və İlkin Dövlətovlar bu cür mübahisələrə qoşulmadıqları üçün çox şanslı idilər. Çox güman ki, onlar bunu siyasətdən kənar qalmaq və ölkəsinin İsraillə isti münasibətlərini vurğulamaq üçün ediblər. Lakin A. Mişiyev yəhudi dövlətinə olan rəğbətini gizlətmir:

"Mən ivrit dilinə danışa bilirəm. Burada yəhudi məktəbində təhsil almışam. Burada iki yəhudi məktəbi yerləşir. Bizim İsraillə münasibətlərimiz çox möhkəmdir. Mən təkcə fəxr etdiyim ölkəm olan Azərbaycanı yox, həm də yəhudi xalqını təmsil etməkdən və valideynlərimin də yəhudi olmasından qürur duyuram".

Bu iki dövlət üç onillik boyunca bir-biri ilə sıx münasibətlər qurub. 1992-ildə İsrail SSRİ-nin süqutu və müstəqilliyin bərpasından sonra Azərbaycanla diplomatik münasibətlər yaradan ilk dövlətlərdən biri oldu. Hər iki dövlət möhkəm ticarət əlaqələri saxlayır və müxtəlif beynəlxalq plarformalarda bir-birinin mövqeyini dəstəkləyir. 2024-cü ildə Azərbaycan yəhudi dövlətində səfirlik açmış şiə müsəlmanların çoxluq təşkil etdiyi ilk ölkə oldu.

Bu il isə Azərbaycan antisemitizmi dərslik proqramlarına daxil edən ilk müsəlman çoxluğun yaşadığı dövlət adını qazandı.

Bu siyasi dinamika heç də "Mamagama"nın ifa etdiyi musiqinin məğzini təşkil etməsə belə, onun rəmzi hesab olunur. Qrupun "Run With U" mahnısı yüksək enerjiyə malik pop-himndir. Həmin ifa Azərbaycanın ənənəvi musiqisi ilə retro-futuristik ahəng təşkil edir. Həmin mahnıda mili musiqi aləti olan sazdan da istifadə edilib. Musiqi parçasına çəkilmiş klip tünd antiutopik gələcəyi təmsil edir. Əsas qəhrəman Mişiyev mahnı ifa edən kiborq - əcaib varlıq obrazında təmsil olunub. Obraz dayanıqlılığı və özünüdərki simvolizə edir. Mişiyev deyir ki, qrupun əsas məqsədi sərhədləri aşmağa qadir olan bir kompozisiya yaratmaqdan ibarət olub:

"Bu, sevgi haqqında yazılmış, pop janrında bir kompozisiyadır. Əsas məqsədim onun insanlarla ahəng yarada bilməsindən və sərhəd olmadan onları bir-birinə yaxınlaşdırmaqdan ibarət olub.

Bazel şəhərində mayın 13-də keçiriləcək müsabiqə zamanı qrup məhz bunu etmək şansı qazanacaq".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR