
Naxçıvan Muxtar Respublikasında (MR) evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, muxtar respublikanın Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22 min 800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.
Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.