
Bakıda tikinti materialları mağazasından meyit tapılıb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Sabir oğlu Bəşirov qəsəbədəki mağazanın sanitar qovşağına daxil olsa da, bir müddət oradan çıxmayıb. Mağaza işçiləri sanitar qovşaqda onun meyitini aşkar ediblər.
İlkin ehtimala görə, V.Bəşirov ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.